"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Növbəti "Nağıl günü" keçirilmişdir

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası ənənəvi olaraq hər həftənin ikinci günləri təşkil etdikləri nağıl günü növbəti dəfə fevralın 6-da Naxçıvan şəhərindəki 3№-li tam orta məktəbində keçirilmişdir.

Nağıl günündə məktəbin I sinif şagirdləri iştirak etmişdir. Kitabxanaçılar şagirdlərə "Kəpənək" Azərbaycan nağılını danışdıqdan sonra, onlarla nağıl ətrafında müzakirə və sual-cavablar təşkil etdilər.

Müzakirə qurtardıqdan sonra uşaqlara "Tülkü həccə gedir" cizgi filmi nümayiş etdirildi.

Sonda şagirdlər "Uşaq dünyası" başlıqlı sərgiyə tamaşa etdilər.

00225644
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
491
902
10241
225644

Tarix: 22-05-2018
Biz, sosial şəbəkələrdə: