"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muxtar respublikanın yaradılmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib

Fevralın 7-də A.Babayev adınaNaxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan şəhər 4, 11. 15, 16 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərin şagirdlərinin iştirakı ilə muxtar respublikanın 94-cü ildönümü ilə bağlı tədbir keçirilib. 

Tədbiri kitabxananın direktoru Kəmaləddin Axundov giriş sözü ilə açaraq bildirib ki, Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxıb. Qədim diyara muxtariyyət statusunun verilməsi zəruri tarixi-siyasi, coğrafi amillərdən irəli gəlib. Naxçıvanın muxtariyyət qazanması onun Azərbaycanın tərkibində qalmasına, inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaradıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda respublikamızın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanıb. Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvanın ərazisinin toxunulmazlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edib. Həmin sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilib.

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin tarix müəllimi Həmidə Babayeva çıxışında qeyd edib ki, XX əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb. Bu respublika qədim diyarın düşmənlərdən müdafiəsi və ərazisinin qorunub saxlanılması üçün əhəmiyyətli rol oynayıb. Bu mənada, Naxçıvanın muxtariyyət qazanması həm də tarixboyu yaranan dövlətçilik ənənələrinin davam etdirilməsinə rəvac verib. Həmin dövlətçilik ənənələrini yaşadan naxçıvanlılar 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında Naxçıvan Muxtar Respublikasının yaradılması üçün böyük səy göstəriblər. Əhali qədim diyarın Azərbaycanın tərkibində saxlanılması üçün istər hərbi, istərsə də siyasi-diplomatik sahələrdə fədakarlıqla mübarizə aparıb.

Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbin tarix müəllimi Aynur Mustafayeva isə çıxışında bildirib ki, ümummilli liderHeydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qədim diyarın toxunulmazlığı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vurğulanıb ki, həmin illərdə Naxçıvanda qəbul edilən tarixi qərarlar həm də Azərbaycan dövlətçiliyinin formalaşması, onun tərəqqisi, milli iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin qurulması kimi əhəmiyyətli məsələlərdə mühüm rol oynayıb. 

Müstəqillik illərində iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilib, yeni iş yerləri yaradılıb. İrimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənib, tarixə, mədəniyyətə, təhsilə, elmə qayğının yeni mərhələsi başlanıb, sənaye və kənd təsərrüfatının inkişafına diqqət artırılıb, ümumi daxili məhsulun həcmi ilbəil yüksəlib. Nəticədə, Naxçıvan hazırda çiçəklənən bir diyara çevrilib. 

Tədbirin sonunda “Naxçıvan Muxtar Respublikası-94” başlıqlı sərgiyə baxış olub.

 

00250635
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
185
534
1492
7502
250635

Tarix: 19-07-2018
Biz, sosial şəbəkələrdə: