"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Qaraçuq kənd mədəniyyət evində tədbir keçirilib

Yanvarın 31-də “2 Fevral Gənclər Günü” münasibətilə Naxçıvan şəhər Qaraçuq kənd mədəniyyət evi və İmran Qasımov adına Qaraçuq filial kitabxanası birgə tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Qaraçuq kənd mədəniyyət evinin müdiri Abbas İsmayılov açaraq qeyd edib ki, 1997-ci il fevralın 1-də ulu ­öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclərin birinci Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir. “Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənc­lərə tapşırırıq. Bizim işimizi gənc­lər davam etdirməlidir”. Ümummilli liderimiz Heydər Əliyevin bu fikir­ləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır.

Sonra Qaraçuq kənd mədəniyyət evinin bədii rəhbəri Əliyeva Yasəmən bildirib ki, ölkəmizdə dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik”.

Gənclər adından çıxış edən Niyaməddin Bağırov qeyd edib ki, ölkə prezidenti İlham Əliyev demişdir: “ Biz bu gün güclü dövlət qururuq. Biz çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə iqtisadiyyata malik olmaq kifayət deyil, dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhvə versinlər. Siz gənclər ölkəmizi idarə edəcəksiniz. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.

Gənclər adından bir daha çıxış edən İsgəndər İsgəndərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər Mərkəzi, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilmişdir.

Son olaraq çıxış edən Qaraçuq kənd mədəniyyət evinin motodisti Zemfira xanım Əliyeva və İmran Qasımov adına filial kitabxanasının baş kitabxanaçısı Şövkət xanım Bağırova bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər fondunun yaradılması haqqında” fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğınının davamıdır.

Tədbir konsert proqramı ilə başa çatıb.  

00181382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
242
328
3239
8077
181382

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: