"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Özbəkistan mətbuatında “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya elan edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə 2013-cü ildən olmaqla hər il keçirilən Azərbaycan haqqında qardaş ölkə mətbuatında “İlin ən yaxşı məqalə” müsabiqəsi uğurla davam etdirilir. Qeyd edək ki, layihəyə Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən təşkilati dəstək göstərilir.

Artıq keçirilən müsabiqə nəticəsində Özbəkistan mətbuatında hər il Azərbaycana dair, habelə ikitərəfli dostluq əlaqələri haqqında yüzlərlə məqalə dərc olunur. Sözügedən ənənə bu il də davam etdirilir.

2018-ci il üzə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib: Müsabiqəyə il üzrə aktual məsələlərə dair bir çox nominasiyalar daxil edilib.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan Sərəncam, müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ildə yaradılmış ilk demokratik Cümhuriyyətin - Azərbaycan Xalq Respublikasının 100 illiyinin Azərbaycanda geniş qeyd olunacağını nəzərə alaraq birinci nominasiya -“Azərbaycan Xalq Cümhuriyyəti - 100” müəyyən edilmişdir.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elmi – tədqiqat əsərlərinə, kitab layihələrinə də dəstək göstərməyi planlaşdırır.

2018-ci ildə müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin tamam olmasını nəzərə alaraq “Heydər Əliyev: Azərbaycan- Özbəkistan dostluğu” adlı nominasiya builki müsabiqəyə daxil edilib.

Bildiyimiz kimi, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb.

Bakı prosesi mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi ilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

“Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. 2008-ci ildən etibarən hər iki ildən bir dünyanın çoxsaylı dövlətlərinin təmsilçilərinin, nüfuzlu xadimlərin iştirak etdiyi “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində öncül yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı əsas qlobal platforma kimi özünü təsdiqlədiyini və bu il bu tarixi hadisənin 10 illiyi ilə əlaqədar növbəti nominasiya “Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkandır” adlandırılıb.

Azərbaycan-Özbəkistan dostluğunun, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyətinin, əvəzolunmaz turizm imkanlarının Özbəkistanın televiziya kanallarında təbliği məqsədi ilə bu ilki nominasiyasının biri də Özbəkistan telekanallarında “İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi” təyin edilib.

Qeyd edək ki, Azərbaycanın milli istehsalının təşviqi, ölkənin istehsal etdiyi məhsullara yeni bazarlar qazanmaq və ölkədə istehsal olunan məhsullarının xaricdə təbliği məqsədi ilə 2018-ci il elan olunan müsabiqədə ““Made in Azerbaijan” brendi” adlı nominasiya da daxil edilib.

2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir.

Bu il qeyd olunan istiqamətdə çoxsaylı beynəlxalq və yerli tədbirlərin keçirilməsini nəzərə alaraq, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan diyarı, Muxtar Respublikanın tarixi, iqtisadiyyatı, mədəni irsi, turizm ehtiyyatları və s. barədə Özbəkistan mətbuatında “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya elan edilib.

Bundan başqa, Azərbaycan mövzusuna daha çox müraciət edən və qardaş ölkə mətbuatında gündəmdə tutan, daim dostluq əlaqələrimizi geniş təbliğ edən, işıqlandıran mətbu orqanlar (sayt, qazet, jurnal, teleradio kanalı), habelə ilin fəal xadimləri də Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görüləcəklər.

Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, təcrüməçiləri də qiymətləndiriləcək və onlarin təltifi nəzərdə tutulub.

Müsabiqəyə hər ilin dekabrında yekun vurulur və qaliblər Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli mərasimdə xüsusi mükafatlara layiq görülür.

Qeyd edək ki, təqdim olunan məqalələr arasında ən yaxşılarını seçmək məqsədi ilə tanınmış jurnalistlər, alimlər, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyindən ibarət xüsusi komissiya yaradılmış və onların yekun rəyi ilə qaliblər müəyyən edilir.

Qaliblər xüsusi diplomlar və pul mükafatları ilə təltif edilir.

Müsabiqədə iştirak etmək üçün dərc olunmuş məqalə, çap olunmuş kitab, televiziya ekranlarında nümayiş etdirilmiş veriliş, film, videoçarx və s. (bir nüsxə vəsaitin özü və onu hazırlayan şəxs haqqında məlumat (pasport, biqorafiya) Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim oluna bilər.

Ünvan: Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Əlaqə telefonu: +99871 293 50 92, Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Veb-sayt: http://azculture.uz

00181382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
242
328
3239
8077
181382

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: