"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Culfa Rayon Tarix Diyarşünaslıq Muzeyində tədbir keçirilib

Fevralın 8-də Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Rayon Tarix Diyarşünaslıq Muzeyində “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümü” ilə bağlı tədbir keçirilmişdir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən tədbiri giriş sözü ilə açan şöbə müdiri Pərvin Həsənov muxtariyyətin qazanılması, onu əhatə edən dövrü, orada gedən ictimai, siyasi və sosial proseslər haqqında məlumat verdi.

Çox mürəkkəb bir dövrdə qazanılan muxtariyyətin əldə edilməsinin nə qədər çətin və şərəfli olduğunu bildirən, bu qələbədə iştirak edən xalqımızın igid oğlullarının fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev  deyirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”

Sonra Culfa Rayon Mədəniyyət Evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Gülnisə Quliyeva “Naxçıvan Muxtar Respublikasının dünəni və bugünü”, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi-elmi işçisi Səma Əliyeva isə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda çıxış etmişdir.

Tədbir Gülüstan Mədəniyyət Evinin “Bədii qiraət” dərnəyinin üzvlərinin bu tarixi günə həsr olunmuş şeirlərinin ifası ilə yekunlaşmışdır.

00212397
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
521
535
3958
10450
212397

Tarix: 23-04-2018
Biz, sosial şəbəkələrdə: