"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçirilib

Fevralın 13-də Heydər Əliyev Muzeyində keçirilən növbəti açıq dərs Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunub. Açıq dərsi Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri izləyiblər.

Açıq dərsdə muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi  ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırıb. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunub.

Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Dərsin sonunda şagirdlər Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin irsinə aid müxtəlif eksponatlarla yaxından tanış olublar.

00181381
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
241
328
3238
8076
181381

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: