"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Fevralın 12-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Şərqdə ilk demokratik dövlət" adlı konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli "Şərqdə ilk demokratik dövlət" adlı məruzə ilə çıxış etmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının informasiya-resurs şöbəsinin proqramçısı Aytən Məmmədova "Şərqin ilk demokratik respublikasının uğurlu varisi: zəngin və qüdrətli Azərbaycan", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Mehriban Mahmudova "Azərbaycan Xalq Cümhuriyyəti -100" adlı mövzularla çıxış etmişdirlər.

Məruzə və çıxışlarda bildirilmişdir ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizə böyük hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi – 28 Mayı “Respublika Günü” kimi qeyd edir. Yarandığı gündən bəri demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqin, müsəlman və türk dünyasının tarixinə ilk parlamentli respublika kimi düşmüşdür. Naxçıvanlıların, zəngəzurluların erməni təcavüzünə qarşı əzmkar mübarizəsi dəfələrlə parlamentdə təqdir edilmiş və bu bölgələrlə bağlı qızğın müzakirələr aparılmışdır. Bütün bu müzakirələrlə, qəbul edilən qanunlarla tanış olduqca bir daha qürur duyursan ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti o dövrün ən demokratik quruluşlarından biri olmuşdur. Tariximizin birinci respublikasının dövründə əsası qoyulan ənənələrin varisliyi müasir müstəqil Azərbaycan Respublikasının fəaliyyəti ilə tam təmin olunur.

Tədbirdə elektron lövhədə Xalq Cümhuriyyəti dövrünə aid fotoslayd nümayiş etdirilmişdir.

Tədbirin sonunda "Azərbaycan Xalq Cümhuriyyəti -100" adlı sərgiyə baxış keçirilmişdir.

00181382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
242
328
3239
8077
181382

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: