"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Balaca şahzadə" əsərinin müzakirəsi keçirilib

Martın 5-də Naxçıvan Musiqi Kollecində "Oxunması zəruri olan kitablar"ın siyahısına əsasən Antuan de Sent Ekzüperinin "Balaca şahzadə" əsərinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Yazıçı və peşəkar pilot-Antuan de Sent Ekzüperi" adlı mövzu ilə çıxış etmişdir. Kitabxananın kitabxanaçısı Gülnisə Zeynallı "Balaca şahzadə" əsəri haqqında məlumat vermişdir.

Çıxışlarda bildirilmişdir ki, "Balaca şahzadə" Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayədir. Həmin əsər ilk dəfə aprelin 6-da 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabdakı şəkilləri Ekzüperi özü çəkib. 1944-cü il iyun ayının 31-də Ekzüperi Borqodan Korskaya uçur və bu onun son uçuşu olur və bir daha geriyə qayıtmır. Müharibə illərində Antuan de Sent-Ekzüperi özünün üç əsərini çap etdirir: "Hərbi pilot, "Girov götürülmüşə məktub" və "Balaca şahzadə".

Hər iki peşənin - təyyarəçilik və yazıçılığın fədaisi olan A.Ekzüperi həyatda vur-tut 44 il yaşamışdı."Balaca şahzadə" əsəri 6 yaşında ikən böyüklər tərəfindən rəsm kariyerasına son vermək məcburiyyətində qalmış, bao ilanının içdən və çöldən göstərən şəkillərdən başqa heç bir şəkil çəkməyi öyrənməmiş bir pilotun Saxara səhrasında təyyarəsinin qəzaya uğramasından və onun başqa bir planetdən gələn "Kiçik Şahzadə" ilə qarşılaşmasından bəhs edir. Birinci fəsidə müəllif uşaq ikən şəkillər çəkməyə başlamasından, çəkdiyi şəkillərin böyüklər tərəfindən başa düşülməməsindən, şəkil çəkməyi dayandırmasından və pilot olmasından bəhs edir. İkinci fəsildə müəllif təyyarəsinin Saxara səhrasında qəzaya uğramasından və Kiçik Şahzadə ilə qarşılaşmasından bəhs edir.

Ekzüperi Almaniya Fransanı işğal etdikdən sonra Nyu-Yorka köçür və 1943-cü ildə “Reynal Hiçkok” nəşriyyatı tərəfindən ingilis dilində çap olunan “Balaca Şahzadə” kitabı işıq üzü görür, tərcümənin müəllifi – Katerina Vudsdir. Əsər çox keçmədən fransız dilində də çap olunur. Fransada ilk dəfə 1946-cı ildə “Edisyon Qaymar” nəşriyyatı tərəfindən çap olunur. “Balaca Şahzadə” 180 dil və dialektlərə tərcümə olunmuşdur. Azərbaycan dilinə ilk dəfə 1987-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunmuşdu.

Tədbrin sonunda tələbələrin sualları cavablandırılmışdır.

00290860
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
392
269
2107
2594
290860

Tarix: 10-12-2018
Biz, sosial şəbəkələrdə: