"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Polad necə bərkidi” romanının müzakirəsi keçirilib

Martın 7-də “Naxçıvan” Universitetində rus yazıçısı Nikolay Alekseyevic Ostrovskinin (1904-1936) məşhur “Polad necə bərkidi” romanının müzakirəsi keçirilib. Müzakirədə “Naxçıvan” Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı” haqqında məlumat verib. Bildirilib ki, kitabxananın iş planına əsasən bu kitabların muxtar respublikanın tam orta məktəblərində, ali və orta ixtisas məktəblərində müzakirələri təşkil edilir. Fevral ayında kitabxana tərəfindən NikoloMakiavellinin “Hökmdar”, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri”, Gi de Mopassanın “Gombul” əsərlərinin müzakirəsi keçirilib.

Aytəkin Qəhrəmanova Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanı haqqında danışaraq bildirib ki, ötən əsrin otuzuncu illərində yazılan əsər bu gün də maraqla oxunur. Roman yazıçının avtobioqrafik həyatını əks etdirsə də realist lövhələrlə zəngindir. Əsərin qəhrəmanı PavelKorçaqin mənəvi örnəyə çevrilmiş və gənclərin sevimli obrazı kimi nümunə göstərilmişdir. PavelKorçaqin obrazı bütün çətinliklərə qalib gəlir. Hətta ölüm onu qorxutmur. Qeyd edilib ki, yazıçı qısa ömür yaşasa da bu əsər ona şöhrət gətirmiş, 100-dən çox dilə tərcümə edilmiş, roman ekranlaşdırılmış, Azərbaycan dilində dəfələrlə nəşr olunmuşdur.

Sonra “Naxçıvan” Universitetinin müəllimi, dosent Aypara Behdubova “Əsərin gənclərin mənəvi tərbiyəsində rolu”, M.S.Ordubadi adınaNaxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşı Əzizə Süleymanzadə “NikolayOstrovskinin həyat və yaradıcılığı”, M.S.Ordubadi adınaNaxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Polad necə bərkidiromanı haqqında” mövzularında çıxış ediblər. Çıxışlarda görkəmli rus yazıçısının çətin və keşməkeşli həyatından, onun əsərlərinin gənclərin mənəvi tərbiyəsindəki əhəmiyyətindən söhbət açılmış və yarımçıq qalmış çoxcildlik “Fırtınadan doğulmuşlar” əsəri haqqında da məlumat verilmişdir.

Müzakirənin sonunda tələbələrin sualları cavablandırılıb və “Oxunması zəruri olan kitablar” başlıqlı sərgiyə baxış olub.

00279580
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
155
319
2493
10668
279580

Tarix: 23-09-2018
Biz, sosial şəbəkələrdə: