"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

CONİFA-nın Asiya üzrə prezidenti muxtar respublikada səfərdə olub

Muxtar Respublikaların Müstəqil Futbol Federasiyaları Assosiasiyasının (CONİFA) Asiya üzrə prezidenti Filip Jens Jockel Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Qonaq səfər çərçivəsində bir sıra görüşlər keçirib, Naxçıvan şəhərinin tarixi və görməli yerlərini gəzib.

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində qonağa ulu öndərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat verilib.

Sonra Filip Jens Jockel “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Burada Naxçıvanın qədimliyini özündə əks etdirən xalçalar, Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları, eksponatlar haqqında ətraflı məlumat verilib.

Vurğulanıb ki, burada aparılan bərpa işləri qədim tarixə malik Naxçıvan Muxtar Respublikasında tarixi irsə yüksək qiymət verildiyini göstərir. Qonaq həmçinin Nuh Peyğəmbərin məzarüstü türbəsində də olub.

Filip Jens Jockel müsahibəsində bildirib ki, Naxçıvana ilk dəfədir, gəlib. O deyib: “Burada olduğum müddətdə bir sıra görüşlər keçirdim, qədim Naxçıvan şəhərini gəzdim, tarixi abidələrlə yaxından tanış oldum. Şəhərin təmizliyi və gözəlliyi məni valeh etdi. Bizim təşkilatın 46 üzvü var və arzumuz budur ki, Naxçıvan Muxtar Respublikasını da təşkilata üzv qəbul edək. Bu məsələni müzakirə etdik. Çünki Naxçıvanda idmanın hər növü inkişaf edib, müasir komplekslər fəaliyyət göstərir”.

00262049
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
51
503
1370
6144
262049

Tarix: 16-08-2018
Biz, sosial şəbəkələrdə: