"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Uşaq Kitabxanasında Novruz şənliyi keçirilib

Martın 13-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası öz məktəbli oxucuları ilə “Elimizə bahar gəlir” başlığı altında bayram şənliyi keçirmişdir.

Şənlik kitabxananın həyətində Novruz tonqalı ətrafında səməni mahnısı sədaları altında başlamışdır. Kitabxananın direktoru Kamal Axundov tədbir iştirakçılarını salamladıqdan sonra onları bayram münasibətilə təbrik etmiş və bayram şənliyinin aparıcılarını tonqal başına dəvət etmişdir. Aparıcılar məktəblilərin şeir və mahnılarını növbə ilə səsləndirdikdən sonra bağça uşaqlarının şən rəqsləri  şənliyə xoş ovqat qatmışdır.

Sonra meydana Novruz personajları olan kosa və keçəl daxil olmuş, onların xoş zarafatları və uşaqlarla bayram haxıştaları söyləmələri uşaqları daha çox sevindirib.

Kosa və keçəl uşaqlara bayram hədiyyələri payladıqdan sonra şənlik milli yallı və rəqslərlə başa çatıb.

00226114
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
464
417
1372
10711
226114

Tarix: 23-05-2018
Biz, sosial şəbəkələrdə: