"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər

Hüseyn Cavidin ev-muzeyində “Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov açaraq bildirib ki, zaman keçdikcə Cavid irsinə maraq daha da artır, böyük şair-dramaturqun irsinin öyrənilməsi aktuallıq qazanır. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən və əsas yaradıcılarından olan Hüseyn Cavid öz əsərlərində ümumbəşəri problemlərə toxunurdu. Böyük sənətkarı həyat və insan, xeyir və şər, məhəbbət və nifrət kimi ümumbəşəri məsələlər daim düşündürürdü. Cavid hər zaman insan qüdrətinin ən ülvi duyğularını tərənnüm edirdi. Hüseyn Cavidin əsərləri həm də şəxsiyyətlərin həyatını romantik fəlsəfi mövqedən dərk etmək baxımından kamil sənət nümunəsidir.

Dəyirmi masada filologiya elmləri doktoru, professor Hüseyn Həşimli, yazıçı-publisist Əbülfəz Əsgərli, filologiya üzrə fəlsəfə doktorları Əbülfəz Əzimli, Əli Həşimli, Mehriban Quliyeva, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camal­ov, Xalq artistləri Kamran Quliyev, Həsən Ağasoy, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov, nazirliyin əməkdaşı Əli Rzayev, muzeyin əməkdaşı Naibə Mirzəyeva, müəllim və ziyalılardan Əbülfəz Rəşidoğlu, Qanun Məmmədov, Südabə Süleymanova və Səyyar Məmmədov çıxış edərək böyük sənətkarın bütün əsərlərində insanlığı narahat edən məsələlərə cavab axtarmasını xüsusi qeyd ediblər. Bildirilib ki, ideal və varlıq, qəhrəman şəxsiyyətlər və onların faciəsi, ziddiyyətli xarakterlər dünyası, eşq və ülviyyət, müdriklik və kamillik kimi mövzular Cavid yaradıcılığında daim aparıcı xətt olub. 

Çıxışlarda ulu öndər Heydər Əliyevin Cavid şəxsiyyətinə, irsinə, ailəsinə göstərdiyi qayğıdan geniş söhbət açılıb, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən böyük işlər qeyd edilib. 
Tədbir iştirakçıları sonda muzeyin ekspozisiyası ilə tanış olublar.

00365092
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
19
382
1353
4236
365092

Tarix: 16-11-2019
Biz, sosial şəbəkələrdə: