"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tanınmış xanəndə, Beynəlxalq Muğam Festivalının qalibi Naxçıvanda ustad dərsi keçib

Muxtar respublikamızda müxtəlif yaradıcılıq sahələri üzrə təhsil alan tələbə və şagirdlərə ustad dərslərinin keçilməsi ənənə şəklini alıb. Ustad dərslərinə naxçıvanlı təcrübəli sənətkarlarla yanaşı, paytaxt Bakı şəhərindən də sənət adamları dəvət olunurlar.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə həyata keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının qalibi Eytiram Hüseyinov ustad dərsi keçmək üçün yenidən Naxçıvana gəlib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xanəndəlik sinfində təhsil alan şagirdlər, Musiqi Kollecinin tələbələri üçün nəzərdə tutulmuş ustad dərsi Naxçıvan Dövlət Filarmoniyasının zalında keçilib. 

Yusif Hacıyev, Tayfun Abdullayev, Rəna Mehrəliyeva, Səfər Cəfərov, Məhərrəm Süleymanov, Ələkbər Sadiqov Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün müşayiəti altında müxtəlif muğam və təsniflər səsləndiriblər. 
Dərs müddətində Eytiram Hüseyinov şagirdlərə irad və təkliflərini, ifalarındakı qüsurları bildirib, onlara dəyərli məsləhətlər verib. 
Dərsin sonunda Eytiram Hüseyinov belə dərsin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

00350260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
203
384
3065
350260

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: