"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Culfa rayonununda “31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nün qurbanları anılıb

Martın 30-da Culfa rayonunun Yaycı kəndindəki “Soyqırımı” abidəsinin qarşısında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov bildirmişdir ki, bu il ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımından 100 il ötür. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər azərbaycanlıların yaşadığı ərazilərdə etnik təmizləmə aparmış, onminlərlə insanı qətlə yetirmiş, kəndləri, şəhərləri viran qoymuşdur. Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər heç bir insanlıq çərçivəsinə sığmır.

Qeyd edilmişdir ki, son iki əsrdə daşnakların həyata keçirdikləri soyqırımlarına ilk dəfə siyasi qiyməti ümummilli lider Heydər Əliyev vermiş, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə 2018-ci il yanvarın 18-də 1918-ci ildə azərbaycanlıların məruz qaldıqları soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalamış, bununla bağlı tədbirlərin keçirilməsi qərara alınmışdır. Hər iki tarixi sənəd erməni millətçilərinin müxtəlif illərdə törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Culfa Rayon Mədəniyyət Evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı G.Quliyeva və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru G.Əhmədova, Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov və Mərkəzin şöbə müdiri M.Məmmədov çıxış edərək 1918-ci illər hadisələri, xüsusən də Yaycı kəndində baş verən soyqırımı ilə bağlı məlumat vermişlər.

Yaycı kənd mədəniyyət evinin və Dizə kənd klubunun dərnək üzvləri xalqımızın başına gətirilən faciələrlə bağlı şeirlər səsləndirdilər.

 

 

00290851
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
383
269
2098
2585
290851

Tarix: 10-12-2018
Biz, sosial şəbəkələrdə: