"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Dövlət Uşaq Filarmoniyası solistlərinin solo konserti olub

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri Rəna Mehralıyeva və Ataxan Quliyevin solo konserti olub. Konsert Naxçıvan şəhərindəki  “Gənclik” Mərkəzində keçirilib.

Konsert başlamazdan əvvəl aparıcı ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider Heydər Əliyevin uşaqların təhsilinə, dünyagörüşlərinin formalaşmasına və sağlamlıqlarının qorunmasına yönələn tədbirlərdən danışıb. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Ölkəmizdə uşaq problemlərinin həllinə yönəldilmiş çoxsaylı dövlət proqramları qəbul edilib, gənc istedadlar üçün xüsusi təqaüdlər təsis olunub.

 

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova respublikada keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə gənc xanəndələrə fəxri fərman və hədiyyələr təqdim edib. 

Konsert istedadlı solistlər Rəna Mehralıyeva və Ataxan Quliyevin “Şahnaz dəsgahı”nın ifası ilə başlayıb. Geniş yayılmış kiçikhəcmli “Şahnaz” muğamının ifası istedadlı solistlərin yaradıcılıq imkanlarının genişliyini göstərib. 
Onların ifasında səslənən “Arazbarı” və “Ovşarı” ritmik muğamları konsert iştirakçılarında nikbin əhval-ruhiyyə yaradıb və zəngin musiqi mədəniyyətimizin əzəmətini sərgiləyib. Hər iki istedadlı muğam ifaçısının səsləndirdikləri “Çahargah” kompozisiyası da alqışlarla qarşılanıb. Rəna Mehralıyeva və Ataxan Quliyevin solo konserti “Qarabağ şikəstəsi” kompozisiyası ilə başa çatıb. Xanəndələr Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının müşayiəti ilə ifalarını səsləndiriblər.

00373148
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
231
561
2746
3372
373148

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: