"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Xalq mahnıları etibarlı əllərə həvalə edilir

Aprelin 2-də Bənəniyar kənd uşaq musiqi məktəbində xalqımızın milli dəyərləri sırasında olan xalq mahnıları və təsniflərindən, həmçinin bəstəkar mahnılarından ibarət konsert keçirilmişdir.

Məktəbin xanəndəlik sinfinin şagirdlərinin ifasında səslənən xalq mahnılarından “Süsən sünbül”, “Gül açdı”, “Bəribax”, “Apardı sellər Saranı”, “Dəli ceyran”, bəstəkar mahnılarından S.Rüstəmovun “Bahar olsun” və        B.Nəsirovun “Qarabağ” mahnısı dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Konsertdə ifası ilə gələcəkdə mahir ifaçı olacaqlarından xəbər verən məktəbin şagirdlərindən Tağı Hacılını, Günay İmanovanı, Məhəmməd Quliyevi, Tahir Əlizadəni və Adil Əliyevi məktəbin müəllimlərindən Həmzə İsmayılov, Səbuhi Məmmədov və Qurban Əsgərov müşayiət edib.


Sonda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Musiqinin inkişafı və təhsil müəssisələri ilə iş sektorunun müdiri Leyla Əlimərdanova çıxış edərək qeyd etmişdir ki, milli dəyərlər dedikdə buraya milli folklorumuz, incəsənətimiz, musiqimiz və başqa xalqımızın minillərdir yaratdığı xəzinələr nəzərdə tutulur. Bu xəzinə içərisində milli musiqimizin xüsusi rolu vardır. Qaval daşı ilə başlayıb muğamımızla fəth edilməsi çətin bir zirvəyə çatan milli musiqimiz xalqımızın həyatının, məişətinin, düşüncəsinin hər anını özündə ehtiva edir. Bu sahənin qorunması, təbliği və gənc nəslə çatdırılmasında uşaq musiqi məktəblərinin üzərinə böyük bir məsuliyyət qoyur.

Sonra Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov keçirilən konsertin əhəmiyyətindən danışmış və ifaçılara uğurlar arzulamışdır.

00250845
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
388
1702
7712
250845

Tarix: 20-07-2018
Biz, sosial şəbəkələrdə: