"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində açıq dərs keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan şəhər 2 №-li tam orta məktəb ilə birlikdə 30 mart 2018-ci il “Azərbaycan ədəbiyyatında 31 Mart Azərbaycanlıların soyqırımı” mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsi giriş sözü ilə açan muzeyin direktoru Aləmzər İbrahimova çıxışında bildirdi ki, Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, elecə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Sonra “Azərbaycan ədəbiyyatında 31 Mart Azərbaycanlıların soyqırımı” mövzusunda çıxış edən muzeyin baş elmi işçisi Səmanə Rüstəmova qeyd edib ki, 1919-1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummili matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Azərbaycan ədəbiyyatında Qurban Səidin “Əli və Nino” romanında 1918-1920-ci illərdə Bakının bolşeviklər tərəfindən işğalı geniş şəkildə təsvir olunmuşdur. Naxçıvanlı yazıçı Fərəc Fərəcovun “Yaycı soyqırımı”, şair Əyyub Abbasovun “Zəngəzur” romanı da soyqırım haqqında yazılmış əsərlərdəndir. Hətta Lev Vaysenberqin “Kiçik bacı” romanı Mart soyqırımından bəhs olunmuş bədii əsərlərdəndir.

Sonra Naxçıvan şəhər 2 №-li tam orta məktəbin şagirdləri azərbaycanlıların soyqırımı gününə həsr olunmuş şeirlər səsləndirmiş və muzeyin ekspozisiyasında qurulan “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” başlıqlı sərgi ilə tanış olmuşlar.

00250845
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
388
1702
7712
250845

Tarix: 20-07-2018
Biz, sosial şəbəkələrdə: