"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kitabxana işi ilə bağlı zona müşavirəsi olub

İyunun 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə kitabxana işçilərinin zona müşavirəsi keçirilib. Müşavirədə muxtar respublika tabeli kitabxanaların, Naxçıvan şəhəri, Babək, Şahbuz rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin, filial-kitabxanaların əməkdaşları iştirak ediblər.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, zəngin mədəniyyətə və qədim tarixə malik olan Naxçıvan torpağı Azərbaycanda maarifçiliyin və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Tarixdən məlumdur ki, kitab mədəniyyətinin inkişafında kitabxanaların özünəməxsus rolu olub. Eyni zamanda görkəmli ziyalılarımızın şəxsi kitabxanaları da xalqın maariflənməsində xüsusi rol oynayıb. Müstəqillik illərində muxtar respublikamızda gedən mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərib. Muxtar respublikanın kitabxanaları qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, burada elektron kitabxana yaradılıb. Hazırda muxtar respublikamızda 2 muxtar respublika tabeli kitabxana, 8 mərkəzləşdirilmiş kitabxana sistemi və onların tabeliyində 224 filial-kitabxana fəaliyyət göstərir. Son illər muxtar respublikanın rayon mərkəzlərində və 100-dən çox kənddə kitabxanalar üçün müasir şərait yaradılıb. Qeyd olunub ki, keçirilən zona müşavirəsinin əsas məqsədi kitabxana işi ilə bağlı problemləri müzakirə etmək, işdə olan nöqsanları aradan qaldırmaq, kitabxana işində çalışan işçilərə elmi-metodik köməklik göstərməkdir. Asudə vaxtın düzgün qurulmasında kitabxanaların rolu, belə mədəniyyət müəssisələrinə oxucu cəlbi, kitab müzakirələrinin, mütaliə, kitabxana və nağıl günlərinin təşkili, mütaliə mədəniyyəti, kitabxana-oxucu münasibətləri, kitabxana işində qarşıya çıxan çətinliklər, kitabxana xidməti və bir çox məsələləri ətraflı təhlil etmək, işimizi düzgün qurmaq hamımızı düşündürməlidir. Kitabxana işçilərinin zona müşavirəsi işimizin düzgün qurulmasına kömək edəcək və kitabxana işinin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaqdır.

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyinin kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynovanın, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədovun, Babək və Şahbuz Rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri Ceyhun Fərəcovun və Sabiq İman­ovun mövzu ilə bağlı çıxışları olub. 

Müşavirədə kitabxanalarda işin canlandırılması üçün təcrübəli kitabxana işçilərinin təklifləri dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb. 

Kitabxana işçilərinin zona müşavirəsinə yekun vuran mədəniyyət və turizm naziri Natəvan Qədimova qarşıda duran vəzifələrdən danışıb.

00373151
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
234
561
2749
3375
373151

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: