"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan şəhər Mədəniyyət və Turizm şöbəsi gənc rəssamın sərgisini keçirib

Aprelin 13-də Ə.Cavid adına Musiqi və Bədii Sənətkarlıq məktəbində Naxçıvan şəhər Mədəniyyət və Turizm şöbəsinin tabeliyində fəaliyyət göstərən Tumbul kənd Mədəniyyət evinin Bədii rəhbəri İlkanə Quliyevanın “Naxçıvan İslam Mədəniyyətinin Pataxtı-2018” devizi altında əl işlərindən ibarət sərgisi keçirilib.

Naxçıvan şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Təranə Cəfərova çıxış edərək bildirib ki, İlkanə Quliyeva 23 avqust 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1995-2006-cı illərdə 705 saylı məktəbdə təhsil almış, 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət fakultəsinə daxil olmuş və 2012-ci ildə  universiteti bitirmişdir. Universitetdə oxuduğu müddətdə onda əl işləri və sərgilərə maraq yaranmışdır.

İlkanə Quliyeva 16 oktyabr 2017-ci ildən  şöbəninin tabeliyində olan  Tumbul kənd Mədəniyyət evində bədii rəhbər vəzifəsində işləyir və az bir müddətdə dekorativ-tətbiqi sənət əsərlərini hazırlamışdır. Bu sərgidə vitraj sənəti, mozaika və kvilinq əl işlərindən ibarət 20 əsər nümayiş etdirmişdir. Bu əsərlərin dərnək üzvlərınə aşılanması və öyrədilməsi xalqımızın adət-ənənələrinin qorunması, yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsi məqsədi daşıyır .

Sərgiyə gələnlər onun işlərinə böyük maraq göstərmişdir. 

Sərgi nümayiş etdirilən  zaman Əhmədov Ülvi Rüfət oğlu tərəfindən fortepianoda dünya klassiklərinin əsərləri səsləndirilmişdir.

 

 

00211370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
29
467
2931
9423
211370

Tarix: 22-04-2018
Biz, sosial şəbəkələrdə: