"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Xalq Çalğı Alətləri Orkestrinin konserti olub

Aprelin 13-də Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin Kəngərli Rayon Mədəniyyət Evində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018 ”-lə bağlı konserti olmuşdur.

Konsertin aparıcısı bildirib  ki, 2018-ci ildə qədim diyarımızın paytaxtında və rayon mərkəzlərində Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar tədbirlər və konsertlər təşkil olunur. Müxtəlif musiqi kollektivləri öz çıxışlarında Azərbaycan musiqisinin zənginliyini göstərirlər.

Qeyd edilmişdir ki, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri filarmoniya yaradılarkən onun tərkibində fəaliyyətə başlayan ilk orkestrlərdən biri olmuşdur. Kollektivin tanınmış müğənni və xanəndələrinin ifalarını musiqisevərlər həmişə rəğbətlə qarşılayırlar. Bu gün də kollektiv yeni repertuarla sizin görüşünüzə gəlmişdir. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir.

Orkestr dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Üvertura”nın ifası ilə konsertə başlarkən musiqimizin əzəməti və insanı qanadlandıran təsir qüvvəsi bir daha hiss olundu.

Gənc müğənni İlkin Abdullayev, Nərmin Hüseynova, Rahim Əsgərzadə Hacı Xanməmmədov, Süleyman Əsgərov, Tofiq Əhmədovun lirik mahnılarını ifa etmişlər.

Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Qurban Qasımov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Elçin Nağıyev, Qəribə Həsənova,  Zülfüqar Mahmudov, Azərbaycan bəstəkarlarından Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Qənbər Hüseynli, Cahangir Cahangirov və xalq mahnılarını ifa etmişlər.

Sonra orkestr dünya musiqisinin görkəmli nümayəndələri Antonio Vivaldi və Cüzeppe Verdinin musiqilərini səsləndirdi.

Konsert rayon sakinlərində xoş ovqat yaratmışdır.

Muxtar respublikamızda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”  elan edilməsi ilə bağlı konsertlər davam etdirilir.

00211370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
29
467
2931
9423
211370

Tarix: 22-04-2018
Biz, sosial şəbəkələrdə: