"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Təbliğatsız turizm kompassız gəmi kimidir, yaxud hərəyə bir foto çəkək

Təbliğatsız turizm kompassız gəmi kimidir, yaxud hərəyə bir foto çəkəkDeyirlər, Tanrı həm də böyük və peşəkar bir rəssamdır. Onun qüdrətini, varlığını göstərən şah əsərlərindən biri də ucsuz-bucaqsız kainat, eləcə də yer kürəsidir. Adı “Dünya” olan bu möhtəşəm tabloda sivilizasiyaların, mədəniyyətlərin beşiyi olan Naxçıvan özünəməxsus çalarları ilə seçilir. Uca yaradan bu diyara öz səxavət kisəsindən hər cür pay verib. Rəngarəng iqlim, dəli-dolu çaylar, şəfalı otlar, yamyaşıl orman və çılpaq düzlər min illərlə ulularımıza can-ruh bəxş edib, onları möhkəm tellərlə doğma torpağa bağlayıb.

             Bu bağlılıqdan böyük və ilahi bir eşq - Vətən sevgisi doğulub-böyüyüb

 Həmin böyük sevgi hesabına bu yurd qorunub, yaşadılıb və müasir mərhələyə gəlib çatıb. Qan su yerinə axıb, daş-daş üstə qalmayıb, dəfələrlə dağıdılaraq yerlə-yeksan edilib… Amma dahi rəhbərimiz Heydər Əliyevin sözləri ilə desək, Naxçıvan tamamilə yanıb kül olub, lakin o küllərin içindən qalxaraq yenidən canlanıb. Babək mübarizəsini də görüb, Atabəylər intibahını da, Teymurləng istilasını da, amma öz qəddini heç vaxt əyməyib. İlahinin bu torpağa sevgisi bu yurdun insanlarına da sirayət edib: Onlar Naxçıvan tablosuna yeni rəng və çalarlar qatıb, onu tikib-qurub, qoruyub və gözəlləşdiriblər. Ona görə də Naxçıvan bu gün “Gəmiqaya” qədimliyi, Əshabi-Kəhf müqəddəsliyi, “Duzdağ” möcüzəsi, “Haçadağ” ucalığı, “Əlincə” məğrurluğu, “Batabat” füsunkarlığıdır…Dədə Qorqud müdrikliyi, Hüseyn Cavid bəşərililiyi, Mirzə Cəlil yanğısı, Heydər Əliyev ucalığı olan Naxçıvan həm də Məmməd Araz qələmidir:

Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda 
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.

Naxçıvan həm də bir az İslam Səfərli məhəbbətidir:

Dünyada hər yerdən xoş gəlir mənə
Bu Şərqin qapısı, Şərqin günəşi...


Düzdür, həm Məmməd Arazdan, həm də İslam Səfərlidən gətirdiyimiz bu nümunələr çox gözəldir. Amma etiraf edək ki, Nuh peyğəmbər yurdunu - Nəqşicahanı vəsf və tərənnüm etməyə hər qələmin, hər sözün də gücü çatmır! Bəs təbliğ etməyə, onu tanıtmağa necə?!
Bu barədə bir qədər sonra..

Ardını oxu...

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə və Xanəgah Abidə Kompleksinə ekskursiya təşkil olunub

Mayın 17-də Beynəlxalq Muzeylər Günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi sistemində işləyən bir qrup gəncin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə və Xanəgah Abidə Kompleksinə ekskursiyası təşkil olunub.

Gənclər əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olublar. Muzeydə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı  “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeydə Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri haqqında ekskursiya iştirakçılarına məlumat verilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə III kurs tələbələri Naxçıvan Turizm İnformasiya Mərkəzində olublar

Mayın 10-da Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində təcrübə keçmə qrafikinə uyğun olaraq Naxçıvan Turizm İnformasiya Mərkəzində oldular.

Naxçıvan Turizm İnformasiya Mərkəzinə gələn tələbələrə mərkəzin  direktoru Gülnarə Sadiqova Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında, Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması və fəaliyyəti, gördüyü işlər haqqında və mərkəzin yerləşdiyi tarixi abidə - Zaviyə-Mədrəsə binası haqqında tələbələrə geniş məlumat verdi.

Bildirib ki, elektron resurslardan səmərəli istifadə olunması turizmin inkişafında başlıca rol oynayır. Naxçıvanda bu istiqamətdə də ardıcıl tədbirlər görülür. Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması bu yöndə sistemli işlərin görülməsini təmin edilib. Mərkəz turizm obyektlərinə marşrutlar təşkil etməklə yanaşı, internet saytı və sosial şəbəkələr üzərindən də təbliğat işlərini yerinə yetirir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin tələbələri Naxçıvan Turizm İnformasiya Mərkəzində olublar

Görüntünün olası içeriği: 15 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve iç mekanMayın 3-də “Naxçıvan” Universitetinin “Turizm və Otelçilik” ixtisası üzrə əthsil alan III kurs tələbələri təcrübə keçmə qrafikinə uyğun olaraq Naxçıvan Turizm İnformasiya Mərkəzində oldular.

Naxçıvan Turizm İnformasiya Mərkəzinə gələn tələbələrə mərkəzin  direktoru Gülnarə Sadiqova Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında, Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması və fəaliyyəti, gördüyü işlər haqqında və mərkəzin yerləşdiyi tarixi abidə - Zaviyə-Mədrəsə binası haqqında tələbələrə geniş məlumat verdi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin tələbələri Təbriz Mehmanxanası və Naxçıvan Turizm İnformasiya Mərkəzində olublar

Mayın 1-də Naxçıvan Dövlət Universitetinin Turizm və Otelçilik ixtisası üzrə təhsil alan tələbələri Təbriz Mehmanxanası və  Naxçıvan Turizm İnformasiya Mərkəzində olublar.

Təbriz Mehmanxanasına gələn tələbələrə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva məlumat verərək bildirib ki,  Muxtar Respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı mühüm işlər görülür. Son illər bu qədim diyarın mədəni irsinin tanıdılması və təbliği, həyata keçirilən abadlıq, quruculuq işləri turizm sahəsinin də inkişafına təsir edib. Hazırda Muxtar Respublikada turizm fəaliyyətinə lisenziya alan 4 fiziki və 3 hüquqi şəxs, 21 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir.

Həmçinin muxtar respublikada 29 muzey və muzeytipli müəssisə, 1200-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi var. Cari ilin yanvar-fevral  ayları  ərzində muxtar respublikaya 45 min nəfərə yaxın turist gəlib ki, bu da bir il öncəki  göstəricidən 7  faiz çoxdur.

Ardını oxu...

Dövlət Miqrasiya Xidmətində maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Hüseyn Cavid yaradıcılığı” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Elvin Cavadov belə tədbirlərin əhəmiyyətindən danışıb.

Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev böyük şairimiz Hüseyn Cavidin həyat və yaradıcılığı haqda danışıb.

Bildirilib ki, qüdrətli sənətkarımız Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olub. Fəlsəfi-əxlaqi konsepsiyaların mürəkkəbliyi və dərinliyi də Cavid sənətinə xasdır. Sənətkarın yaratdığı obrazlar – Şeyx Sənan, İblis, Azər, Əmir Teymur, Xəyyam, Səyavuş və onlarla başqaları bənzərsizliyi, təkrarolunmazlığı ilə ədəbiyyatımızda əbədiyaşarlıq qazanıb.

Ardını oxu...

01063042
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
226
340
2858
3245
1063042

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: