"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şahbuz rayonunda “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib

İyulun 20-də Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Kükü kənd sakinlərinin iştirakı  ilə “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mübariz Əliyev qeyd etmişdir ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir. 

Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Qədim diyarda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Muxtar respublika kəndlərinin çoxu coğrafi baxımdan dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Münbit torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün zəngin təbiət sərvətləridir.

Ardını oxu...

Muzey bələdçiləri üçün növbəti seminar-treninq Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində keçirilib

Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində olub.        

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə Nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən muzey-treninqlər əhəmiyyətli olub. Ötən il muxtar respublikanın muzey şəbəkələri üçün 11 belə tədbir təşkil olunub. Bu il keçirilən tədbir də onikincidir. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub, muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat alıblar. Keçirilən seminar-treninqlər muzey işçilərinin qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaq baxımından da faydalı olmuşdur. Muzey bələdçilərinə seminar-treninqlərdə bu sahədə həyata keçirilən yeniliklərdən də söhbət açılır, onların sualları cavablandırılır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeylər haqqında imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu sərəncamlar muzeylərə marağın artmasında, muzeylərin fəaliyyətinin düzgün qurulmasında əhəmiyyətli rol oynamışdır.

Ardını oxu...

Yaradıcı gənclərlə bağlı dəyirmi masa təşkil olunub

İyulun 19-da Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçı­lığı ilə “Yaradıcı gənclər: imkanlar, tələblər və nəticələr” mövzusunda keçirilən dəyirmi masada nazirliyin yaradıcı gənc­lərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə giriş sözü ilə çıxış edərək bildirib ki, ölkəmizdə gənc­lər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayıb, gənc­lərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini prioritet elan edib. 

Qeyd olunub ki, bu gün dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikada mədəniyyət, mədəni irs, incəsənət, təhsil, turizm sahəsində istedadlı və yaradıcı gənclərlə əlaqəli tədbirlər, dəyirmi masalar təşkil olunur. Gənc istedadların aşkara çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə müsabiqələr, intellektual oyunlar, sərgilər keçirilir. Gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə keçirilən müsabiqələr və musiqili-intellektual oyunlar xüsusilə əhəmiyyət kəsb edir.

Ardını oxu...

“Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib

İyulun 19-da Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Milax kənd sakinlərinin iştirakı  ilə “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov  turizm, onun mahiyyəti, inkişafı, sahələri və Culfa rayonunun turizm potensialı haqqında məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Culfa rayonu dini, maddi-mədəniyyət abidələri, qədim tarixi, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə məkanları ilə zəngin  olduğundan mütəmadi olaraq turistlərin diqqətini cəlb edir. Rayon ərazisində yerləşən “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu, Qazançı və Ləkətağ körpüləri, Xanəgah Abidələr Kompleksi, Ərəfsə və Ərməmməd piri, Darıdağ Arsenli Su Müalicəxanası, zəngin fauna və florası ilə mədəni, dini, ekoloji və müalicə turizminin əsas mərkəzlərinə çevrilmişdir.

Ardını oxu...

“Bədii ədəbiyyat milli sərvətimizdir” adlı konfrans keçirilib

İyulun 14-də AMEA-nın Naxçıvan Bölməsi   İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda  Mütaliə həftəsinin keçirilməsi ilə əlaqədar “Bədii ədəbiyyat milli sərvətimizdir”  adlı konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova açaraq "Mütaliənin tərbiyədə rolu" mövzusunda çıxış etmişdir. AMEA-nın NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  folklorşünaslıq şöbəsinin  müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova  "Bədii ədəbiyyat və mütaliə  mədəniyyəti", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "Biz niyə bədii ədəbiyyat oxumalıyıq?" adlı mövzularla çıxış etmişdirlər.

Ardını oxu...

“Xəcalət” tamaşası Kəngərli rayonunda göstərilib

Dünən Kəngərli Rayon Mədəniyyət Evinin səhnəsində Babək Rayon Xalq Teatrı tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasını göstərib.

Babək Rayon Xalq Teatrının hazırladığı son əsərlərdən olan ikihissəli “Xəcalət” dramı Qarabağ hadisələri ilə bağlı olduğu üçün bu günümüzlə səsləşir və maraq doğurur. Tamaşada uşaqlıqları bir yerdə keçmiş Murad (Akif Əsədov) vəVətənin (İsmayıl Qurbanov) Qarabağ müharibəsindən qayıtdıqdan sonra tale yollarının ayrılmasından bəhs edilir. Muradı Qarabağ müharibəsindən qayıtdıqdan sonra əldə etdiyi var-dövlət dəyişdirib. İndi onu daha da varlanmaq düşündürür. Vətən isə ehtiyac içərisində olsa da yenə də işğal olmuş torpaqlarımızın həsrətini çəkir. Tamaşada Vətən və Muradın fərqli dünyası ön plana çəkilmişdir. 

Ardını oxu...

00250847
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
9
388
1704
7714
250847

Tarix: 20-07-2018
Biz, sosial şəbəkələrdə: