"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi kitabxana işində kadr hazırlığına böyük töhfə verəcəkdir

Mayın 23-də Naxçıvan Musiqi Kollecində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” adlı kitabının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru  Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın xidmət şöbəsinin müdiri Dilarə Əliyeva “Azərbaycan Ərəb Xilafətinin tərkibində”, metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Azərbaycan dövlətləri və onların qarşılıqlı münasibətləri”, kitabxanaçı  Zeynəb Sadıqova  “Ərəb işğalının Azərbaycan əhalisinin dilinə, etnik tərkibinə və dini görüşlərinə təsirinə dair”, baş kitabxanaçı Şövkət Məmmədova “Ərəb hakimiyyəti dövründə Azərbaycanın hüdudları, şəhərləri, digər yaşayış məskənləri və yolları” adlı mövzularla çıxış etmişdirlər.

Ardını oxu...

Növbəti "Nağıl günü" keçirilib

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının kollektivi uşaq bağçalarında keçirilən ənənəvi "Nağıl günləri"ni davam etdirirlər. Kitabxana kollektivi mayın 23-də Naxçıvan şəhərindəki 3 nömrəli uşaq bağçasında olmuş, uşaqlara "Qazların duası" nağılını danışmışlar.

Sonra onlar nağıl ətrafında uşaqlarla sual-cavab, müzakirə aparmış, uşaqlara nağılın mahiyyətini göstərərək ağılın hiyləyə həmişə qalib gəldiyini ətraflı çatdıra bilmişlər.

Ardını oxu...

Pianoçuların IX Respublika Müsabiqəsinin laureatı (I yer), 2005-ci il Beynəlxalq Jazz festivalının laureatı, İsveçrənin Montrex Jazz müsabiqəsininin finalçısı Əfqan Rəsulun solo konserti olacaq

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə pianoçuların IX Respublika Müsabiqəsinin laureatı (I yer), 2005-ci il Beynəlxalq Jazz festivalının laureatı, İsveçrənin Montrex Jazz müsabiqəsininin finalçısı Əfqan Rəsulun 25 may 2017 ci il tarixdə saat 17:00-da solo konserti keçiriləcəkdir.

Konsertdə Amerika Jazz musiqisi ilə yanaşı Xalq mahnıları və Azərbaycanın görkəmli bəstəkarlarının əsərləridə Jazz üzlubunda dinləyicilərə təqdim olunacaqdır.

Qeyd edək ki, Əfqan Rəsul 1982-ci il noyabrın 25-də Şərur rayon Şahtaxtı kəndində anadan olmuşdur. 1991-ci ildə Naxçıvan şəhər Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinə qəbul olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdi.2000-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuş, 2004-ci ildə fərqlənmə ilə bitirmişdir.2004-cü ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir.

Ardını oxu...

Muxtar respublikanın kitabxana işçiləri növbəti kursa cəlb edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə“Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda növbəti təkmilləşdirmə kursu təşkil edilib.

Mədəniyyət və Turizm  Nazirliyinin əməkdaşı Aygün Hüseynova bildirib ki, kursda muxtar respublikanın rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin 27 əməkdaşı iştirak edir:

Kurs müddətində kitabxana işçilərinə günün birinci yarısında müasir kitabxana işi, bu sahədə yeni texnologiyaların tətbiqi, ölkəmizdə kitabxana işi ilə bağlı görülən işlər haqqında məlumat verilir, mühazirələr oxunur. Günün ikinci yarısında isə onlar Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübi məşğələlər keçirlər.

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəbinin müəllim və şagirdləri üçün ustad dərsləri keçirilib.

Ustad dərsləri başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Leyla Əlimərdanova giriş sözü ilə çıxış edərək bildirib ki, bu dərslərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır. Ustad dərslərin bir məqsədi də bu sahədə çalışan müəllimlərə nəzəri və təcrübi kömək göstərməkdən ibarətdir.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Dünyamalı Abdullayev, fortepiano ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, kamança ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev, qarmon ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İsa Əliyev müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Ardını oxu...

“Yollara iz düşür” tamaşası rayon ictimaiyyətinə göstərilmişdir

Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da maraqlı tamaşaları ilə ictimaiyyətin rəğbətini qazanmışdır. Xalq teatrının hazırladığı “İkinci səs”, “Solğun çiçəklər”, “Ana”, “Şeyx Rəhmətullah”, “Ezop”, “Məhəbbət nişanəsi”, “Unuda bilmirəm”, “Xəcalət” və başqa tamaşalar maraqla qarşılanmışdır. Xalq teatrının bir sıra tamaşaları muxtar respublikanın rayonlarında da göstərilmişdir.

Mayın 23-də Babək Rayon Mədəniyyət Evində Xalq Teatrı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Yollara iz düşür” iki hissəli dramı əsasında hazırladlığı tamaşanı rayon ictimaiyyətinə təqdim etmişdir.

Görkəmli sənətkarın bir sıra əsərlərində olduğu kimi “Yollara iz düşür” tamaşasında da insanın mənəvi dünyası, vəzifəsi və özü qarşısında məsuliyyəti, insan ləyaqətinin uca tutulması kimi dəyərlər ön plana çəkilmişdir. Məhz bu tamaşada da cəmiyyətin sağlam təməllər üzərində qurulması ideyası müəllifin əsas düşündürücü mövzusu kimi diqqəti cəlb edirdi. Tamaşanın ilk pərdədən maraqla izlənməsi, tamaşaçı alqışı da bunu təsdiq edirdi.

Ardını oxu...

00238005
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
258
417
675
8378
238005

Tarix: 19-06-2018
Biz, sosial şəbəkələrdə: