"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Dövlət Filarmoniyasında muğam məclisi olub

Naxçıvan Dövlət Filarmoniyasında muğam məclisi olub. Məclis başlamazdan əvvəl aparıcı bildirib ki, muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir.

Qeyd olunub ki, son dövrlərdə Azərbaycan muğam sənəti xalqımızın milli sərvəti kimi bütün dünyada geniş təbliğ olunur və şöhrət qazanır. Təsadüfi deyil ki, 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Ardını oxu...

Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər

Hüseyn Cavidin ev-muzeyində “Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov açaraq bildirib ki, zaman keçdikcə Cavid irsinə maraq daha da artır, böyük şair-dramaturqun irsinin öyrənilməsi aktuallıq qazanır. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən və əsas yaradıcılarından olan Hüseyn Cavid öz əsərlərində ümumbəşəri problemlərə toxunurdu. Böyük sənətkarı həyat və insan, xeyir və şər, məhəbbət və nifrət kimi ümumbəşəri məsələlər daim düşündürürdü. Cavid hər zaman insan qüdrətinin ən ülvi duyğularını tərənnüm edirdi. Hüseyn Cavidin əsərləri həm də şəxsiyyətlərin həyatını romantik fəlsəfi mövqedən dərk etmək baxımından kamil sənət nümunəsidir.

Ardını oxu...

Tanınmış xanəndə, Beynəlxalq Muğam Festivalının qalibi Naxçıvanda ustad dərsi keçib

Muxtar respublikamızda müxtəlif yaradıcılıq sahələri üzrə təhsil alan tələbə və şagirdlərə ustad dərslərinin keçilməsi ənənə şəklini alıb. Ustad dərslərinə naxçıvanlı təcrübəli sənətkarlarla yanaşı, paytaxt Bakı şəhərindən də sənət adamları dəvət olunurlar.

Ardını oxu...

“Ac həriflər” tamaşası Kəngərli rayonunda göstərilib

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazır­lanmış tamaşanı Kəngərli rayonunun ictimaiyyətinə təqdim edib. 
Tamaşadan əvvəl Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qəmbərov çıxış edərək bildirib ki, 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan Şərur Rayon Xalq Teatrı 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv müxtəlif illərdə “Solğun çiçəklər”, “Vaqif”, “Ölülər”, “Tamahkar”, “Rəhmə gəl, mələyim”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Qısqanc ər”, “Yuxu” və başqa səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib.

Ardını oxu...

Muzey işçilərinin peşə hazırlığı ilə bağlı dəyirmi masa təşkil edilib

Dünən Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muzey işçilərinin peşə hazırlığının artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərim­ov çıxış edərək bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il üçün iş planına əsasən, il ərzində muzey işçilərinin peşə hazırlığının yüksəldilməsinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdən biri də il ərzində davam edəcək dəyirmi masalardır. Ötən dövr ərzində bir neçə dəyirmi masa keçirilib.

Ardını oxu...

“Lira” musiqili-intellektual oyunu keçirilib

Dünən Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında növbəti “Lira” musiqili-intellektual oyunu keçirilib. Qeyd edək ki, ötən ildən başlanılan “Lira” musiqili-intellektual oyunlarında muxtar respublikanın 6 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri iştirak edirlər.

Ardını oxu...

00285915
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
69
1149
3140
285915

Tarix: 19-11-2018
Biz, sosial şəbəkələrdə: