"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan” Universitetinin tələbələri Naxçıvan Turizm İnformasiya Mərkəzində olublar

Görüntünün olası içeriği: 15 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve iç mekanMayın 3-də “Naxçıvan” Universitetinin “Turizm və Otelçilik” ixtisası üzrə əthsil alan III kurs tələbələri təcrübə keçmə qrafikinə uyğun olaraq Naxçıvan Turizm İnformasiya Mərkəzində oldular.

Naxçıvan Turizm İnformasiya Mərkəzinə gələn tələbələrə mərkəzin  direktoru Gülnarə Sadiqova Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında, Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması və fəaliyyəti, gördüyü işlər haqqında və mərkəzin yerləşdiyi tarixi abidə - Zaviyə-Mədrəsə binası haqqında tələbələrə geniş məlumat verdi.

Görüntünün olası içeriği: 6 kişi, ayakta duran insanlar ve iç mekanBildirib ki, elektron resurslardan səmərəli istifadə olunması turizmin inkişafında başlıca rol oynayır. Naxçıvanda bu istiqamətdə də ardıcıl tədbirlər görülür. Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması bu yöndə sistemli işlərin görülməsini təmin edilib. Mərkəz turizm obyektlərinə marşrutlar təşkil etməklə yanaşı, internet saytı və sosial şəbəkələr üzərindən də təbliğat işlərini yerinə yetirir.

Sonra tələbələr mərkəzdə olan eksponatlarla və əyani vəsaitlərlə tanış oldular. Tələbələri maraqlandıran suallar ətraflı cavablandırıldı. Tövsiyyə olundu ki, istədikləri zaman mərkəzə müraciət edib və onlara lazım olan məlumatları əldə edə bilərlər.

Mərkəzə gələn tələbələr verilən məlumatlardan razı qalaraq, mərkəzdən ayrıldılar.

01008603
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
212
396
178230
184161
1008603

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: