"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Əcnəbilərlə növbəti maarifləndirici tədbir keçirib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvanda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının müalicə turizmi potensialı” mövzusunda maarifləndirici görüş keçirilib. 

Tədbiri xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq keçirilən görüşün əhəmiyyəti haqqında danışıb. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin müalicəvi turizm potensialına malikdir. Qədim diyarımızda yüzlərlə mineral su mənbələrinin, Duzdağın mövcudluğu bu potensialın əhəmiyyətini daha da artırır. Qeyd olunub ki, Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılıb. Mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.

Ardını oxu...

Gənclər Möminə xatın türbəsini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində təhsil alan bir qrup gəncin Naxçıvan şəhərindəki Möminə xatın türbəsinə ekskursiyası təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının Turizm şöbəsinin müdiri Əkbər Novruzov gənclərə bu möhtəşəm abidə haqqında məlumat verərək bildirib ki, Şərq memarlığının incilərindən olan bu türbə 1186-cı ildə inşa olunub. Abidənin memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani bu türbəni Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Möminə xatının qəbri üzərində ucaldıb. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. 

Qeyd edilib ki, bu möhtəşəm sənət abidəsi yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi onbucaqlı olan abidə bir sıra memarlıq xüsusiyyətləri ilə seçilir. 8 əsrdən artıq keçməsinə baxmayaraq, abidə öz zərifliyini itirməyib. Türbənin səthi quruluşu həndəsi ornamentlərin kompozisiyasından ibarət olub, kaşılarla daha da zənginləşdirilib. 

Ardını oxu...

Naxçıvan “Travel Turkey” yubiley sərgisində təmsil olunub

Türkiyənin İzmir şəhərində 10-cu “Travel Turkey” yubiley sərgisi öz işinə başlayıb. Sərgidə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndə heyəti ilə təmsil olunur. Səfər THTC və TURSAB-ın dəvəti ilə baş tutub.

Assosiasiyadan bildirilib ki, ikigünlük sərgi B2B ikitərəfli görüşlərlə öz işini davam etdirəcək.

Sərgidə Azərbaycanın sağlamlıq turizm imkanları geniş təqdim olunur. Bundan əlavə, “Duzdağ” Fizioterapiya Mərkəzi də ayrıca stendlə Naxçıvanın sağlamlıq turizmi potensialını nümayiş etdirir.

Dekabrın 11-də yekunlaşacaq 10-cu “Travel Turkey İzmir” yubiley sərgisi müddətində termal təsislərə və sağlamlıq mərkəzlərinə infotur təşkil edilməsi də nəzərdə tutulur. Tədbir zamanı Azərbaycanın da MAP2 HEAL onlayn sağlamlıq turizmi platformasına qoşulacağı gözlənilir.

Ardını oxu...

Muxtar respublikada turizmin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilib

Naxçıvan Turizm İnformasiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Muxtar respublikada turizmin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda turizm firmalarının nümayəndələri ilə yanaşı, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin tələbələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva açaraq bildirib ki, ölkəmizdə turizm sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün Azərbaycan təbiətinin qorunması, dövlət əhəmiyyətli qoruqların yaradılması və mühafizə edilməsi, qədim maddi-mədəniyyət abidələrinin tədqiqi, onların bərpa edilib respublikamıza gələn turistlərə təqdim edilməsi sahəsində mühüm işlər həyata keçirilib. Bu böyük işlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamızın hər yerində ən müasir otellər və istirahət mərkəzləri tikilir, həm yay, həm də qış turizmi üçün yüksək şərait yaradılır, Azərbaycanın zəngin mədəniyyəti dünyaya tanıdılır.

Ardını oxu...

Türkiyənin “Yeni Birlik” qəzeti Naxçıvanın turizm potensialından yazıb

Türkiyədə nəşr edilən “Yeni Birlik” qəzetində Naxçıvanın turizm imkanları ilə bağlı məqalə dərc edilib. Məqalənin müəllifi Hakan Dikməndir. Məqalənin müəllifi Naxçıvanın Türkiyəni Asiyadakı qardaşları ilə qovuşduran tək sərhəd qapısı olduğunu qeyd edərək, burada şəhər mədəniyyətinin yaşının 5000 ildən artıq olduğunu bildirir.

Naxçıvanın tarixi ilə bağlı bir sıra maraqlı faktlara toxunan müəllif muxtar respublikamızın turizm imkanları ilə bağlı hissəyə belə bir başlıqla başlayır: “Macəra, sağlamlıq və din turizminin, tarixi abidələrin və təbiət gözəlliyinin mərkəzi olan Naxçıvan”. Məqalənin bu hissəsində Duzdağ, Əshabi-Kəhf, Möminə Xatın türbəsi, Nuh Peyğəmbərin Məzarüstü türbəsi, Xan sarayı, Naxçıvan Dövlət Xalça Muzeyi və Qarabağlar Türbə Kompleksi haqqında türkiyəli oxuculara maraqlı və cəlbedici məlumatlar verilir.

Qeyd edək ki, Türkiyənin ən məşhur mətbu orqanlarından biri olan “Yeni Birlik” qəzeti gündəlik 100 min tirajla nəşr edilir.

Gənclər “dəyirmi masa”da Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda keçirilən “dəyirmi masa”da muxtar respublika gəncləri Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil nazirliklərinin, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin turizm ixtisası üzrə təhsil alan tələbələri və muxtar respublikanın fəal gəncləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək bildirib ki, bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı keçirilən müşavirədə gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda böyüdülməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası məqsədi ilə Gənclər və İdman Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Fondu ilə birlikdə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonu ərazisindəki muzeylərə və tarixi abidələrə ekskursiyalarını təşkil edib.

Ardını oxu...

01070356
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
113
242
4439
10559
1070356

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: