"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda bal festivalı uğurla başa çatdı

15-16 oktyabr 2016-cı il tarixlərində "Naxçıvanqala Tarix- Memarlıq Muzey Kompleksində" "Arıçılıq məhsulları - Bal" festivalı keçirilib. Muxtar respublikanın bütün rayon və şəhərlərindən 210 arıçının qatıldığı festival 2 gün davam edib.

Ardını oxu...

Naxçıvanda “Arıçılıq məhsulları - bal festivalı” keçirilib

Oktyabrın 15-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal festivalı” keçirilib.

Tədbirin aparıcıları qeyd ediblər ki, bu il ərzində qədim tariximizi yaşadan “Naxçıvanqala”da 5 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Arıçılıq insan məşğuliyyətinin ən qədim növlərindən olub, tarixən inkişaf etmiş gəlirli və olduqca faydalı təsərrüfat sahələrindən biridir. Azərbaycanda da arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərb-məsəllər, atalar sözləri də bu sahəyə tarixən göstərilən diqqətin nəticəsidir.

Ardını oxu...

"Naxçıvan" Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının "Naxçıvan" Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşü olub.

Tədbiri "Naxçıvan" Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq bildirib ki, "Naxçıvan" Universiteti tarixi inkişaf yolu keçən, yüksək­ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni tədris korpuslarının tikilib istifadəyə verilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir.

Ardını oxu...

“Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında internet aksiyası keçirilmişdir

Muxtar respublikada turizmin inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvanın zəngin turizm potensialının təbliği və tanıdılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir turizm infrastrukturu yaradılır. Bu il Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsi, internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələrin yaradılması və gənclərin bu sahədə fəallığının artırılması barədə aid təşkilatlara konkret tapşırıqlar verilmişdir. Müşavirədə verilən tapşırıqların icrası diqqətdə saxlanılmış, 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında internet aksiyası keçirilmişdir. 

Ardını oxu...

Naxçıvan turizm üçün əlverişli məkandır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkə­mizdə “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilib. Bu tarix həm də dünyada Beynəlxalq Turizm Günü kimi qeyd olunur.

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir. 

Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Ardını oxu...

Şahbuz rayonunun Keçili kəndində kənd turizminin inkişaf etdirilməsi üçün maarifləndirici tədbir keçirilib

İyunun 21-də Şahbuz rayonunun Keçili kəndində kənd ictimaiyyətinin iştirakı ilə kənd turizminin inkişafı mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sabiq İmanov kənd turizminin mahiyyətindən danışaraq keçirilən tədbirin əhəmiyyətini qeyd edib. “Şahbuz rayonunun Keçili kəndinin turizm potensialı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev muxtar respublikamızın kənd yaşıl turizmi potensialının istifadə imkanları haqqında danışıb.

Ardını oxu...

01063039
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
223
340
2855
3242
1063039

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: