"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bu gün Naxçıvanda Göycə Festivalı keçirilib

Qədim Naxçıvan özünün torpaq və təbii iqlim şəraiti ilə yanaşı əkinçilik və bağçılıq mədəniyyəti ilə də dünyada tanınır. Ötən ildən başlayaraq şəhərin qədim tarixi hissəsi olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Naxçıvan göycəsi” festivalı da muxtar respublikada yetişdirilən, dadı-tamı ilə çox məşhur olan meyvələrin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İyunun 3-də başlayan ikinci göycə festivalına maraq böyük idi. Səhər saat 9:00-da artıq Naxçıvanqalanın geniş ərazisində qələbəlik idi. Yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edirdi.

Əvvəlcə Naxçıvanqalanın mərkəzində festivalın açılış tədbiri keçirildi. Tədbrin aparıcıları xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında “Naxçıvan göycəsi” festivalının əhəmiyyətindən danışaraq bildirdilər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı ləziz dadı ilə seçilən alma, armud, qoz, badam, üzüm sortları da yaxşı tanınır. Elə bu səbəbdən də hələ orta əsrlərdən Naxçıvan “meyvə cənnəti” adlandırılıb.

Ardını oxu...

İtaliyanın “Daily cases” saytında Naxçıvanın “Duzdağ”ı haqqında məqalə yayımlanıb

İtaliyanın nüfuzlu “Daily cases” xəbər saytında Naxçıvanlı jurnalist Sara Əzimovanın “Dünyada bənzəri olmayan şəfa ocağı“ sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə müəllif “Duzdağ” Fizioterapiya Mərkəzi haqqında məlumat verməzdən əvvəl “Planetin cinayətsiz regionu”, “Nuh peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında İtaliyalı oxuculara məlumat verib.

Yazıda Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib.

Ardını oxu...

Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsinə start verildi

Bu il görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin anadan olmasının 100 illiyi tamam olur. Görkəmli bəstəkarın 100 illiyinin geniş qeyd olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev 7 fevral 2017-ci il tarixdə Sərəncam imzalamışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 iyun 2017-ci ildən Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsinə start verilmişdir. Müsabiqədə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ilə yanaşı, Naxçıvan Musiqi Kollecinin tələbələri də iştirak edirlər. Müsabiqənin keçirilməsi məqsədilə təşkilat komitəsi və tanınmış musiqiçi-müəllimlərdən ibarət münsiflər heyəti yaradılmışdır. Müsabiqənin əsas məqsədlərindən biri də böyük bəstəkarın irsinin öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənc və yeniyetmələrin aşkara çıxarılıb tanıdılmasıdır.

Ardını oxu...

Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Naxçıvanla tanış olub

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, istehsal müəssisələri ilə maraqlanıb.

Diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzə- mətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Dövlət Universiteti ilə tanış olan səfir ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüşüb. Onno Kervers Niderland-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Daha sonra səfir Naxçıvan Biznes Mərkəzinə gələrək muxtar respublikada istehsal edilən məhsullarla tanış olub.

Ardını oxu...

Kütləvi informasiya vasitələrinin rəhbərləri Ordubadda tarixi abidələrlə tanış olublar

Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı Kütləvi informasiya vasitələrinin rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti bu gün Ordubad şəhərində səfərdə olublar. Nümayəndə heyəti səfər çərçivəsində öncə Ordubad şəhərindəki tarixi abidə olan Qeysəriyyə binasında yerləşən Ordubad Tarix-Diyarşunaslıq Muzeyi ilə tanış olublar.

Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib: "XVII əsrdən soraq verən abidələrdən biri Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub. Tarixi tiklinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub".

Ardını oxu...

Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib

İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiə Günündə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində festival keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda çıxış edərək demişdir: Bu gün sizinlə birlikdə Uşaqların Beynəlxalq Müdafiə Gününü qeyd edirik. O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də ölkəmizin gələcəyinin təminatçısı olan uşaqlara qayğını dövlətin əsas vəzifəsi hesab edərək deyirdi ki, “Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, onları müdafiə etmək bizim vətəndaşlıq borcumuzdur”.

Ardını oxu...

00278342
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
13
421
1255
9430
278342

Tarix: 20-09-2018
Biz, sosial şəbəkələrdə: