"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Motsart və Salyeri” Naxçıvan şəhər tamaşaçıları qarşısında

Aprelin  20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşanı Naxçıvantamaşaçılarına təqdim etmişdir.

Şərur Rayon Xalq Teatrının muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr müxtəlif məzmunlu və janrlı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formaşalmasında, gənclərin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayıb.Tanınmış kollektiv həm komik, həm də dramatik əsərləri yüksək səviyyədə tamaşaçılara təqdim etməyi bacarır. Xalq Teatrının hazırladığı “Tamahkar”, “Yadındamı”, “Gənclik bir də qayıtmır”,“Nicat”, “Qısqanc ər”, “Ac həriflər”, “Yuxu”, “Dələduz” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Ardını oxu...

“Molla Nəsrəddin” jurnalının 111-ci ildönümü qeyd edilib

Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadənin Ev Muzeyində “MollaNəsrəddin” jurnalının nəşrə başlamasının 111-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ev muzeyinin fond mühafizi Kəmalə Tahirova “Molla Nəsrəddin jurnalı və onun əməkdaşları” mövzusunda çıxış edib. Bildirilib ki, Cəlil Məmmədquluzadənin böyük xidmətlərini inkar etmədən demək olar ki, “Molla Nəsrəddin” kollektiv yaradıcı heyətin əsəri idi. Böyük ədib özüdə bu həqiqəti etiraf etmişdir:

“Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, məndə onların ancaq ağsaqqal yoldaşıyam”.

Ardını oxu...

Ədəbiyyat Muzeyində tədbir keçirilib

Aprelin 19-da Azərbaycan mətbuat tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu sayılan “Molla Nəsrəddin” jurnalının nəşrə başlanmasının  111–ci ildönümü ilə əlaqədar Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində tədbir keçirilmişdir. Tədbirin giriş sözü ilə muzeyin direktoru Aləmzər  İbrahimova  açaraq  bildirmişdir   ki, “Molla Nəsrəddin”  jurnalı 1906 –cı ildən nəşrə başlamış və tezliklə bütün Şərqə səs salmışdır. Xalqa deyiləsi sözü olan demokratik ideyalarla silahlanmış yaziçı və şairlər tez bir zamanda jurnalın ətrafında toplanmışlar. Mollanəsrəddinçilərin hər biri öz qələmlərini və ürəklərini insan azadlığı, insan səadəti uğrunda mübarizəyə köklənmişdirlər. Bu mübarizə baş verən  hadisələri olduğu kimi qələmə almaqla geniş xalq kütlələrinə çatdirmaq, xalqı ətalətdən, səfalətdən qurtarmaq mübarizəsi idi.

Ardını oxu...

Tanınmış dramaturqun üçüncü əsəri Naxçıvan teatrında səhnəyə qoyulmuşdur

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” ikihissəli komediyası əsasında hazırlanmış tamaşasının premyerası olmuşdur. Bu komediya müəllifin “Ağa Məhəmməd şah Qacar”, “Varlı qadın” pyeslərindən sonra səhnəyə qoyulan üçüncü əsəridir.

Ölkəmizin bir sıra teatrlarında səhnəyə qoyulmuş “Onun iki qabırğası” pyesində keçid dövrünə xas olan ailə dramı mövzusu əks etdirilir. Şəhərə ərə gəlsə də, bağ evində o dövrün qayğıları ilə yaşayaraq “Azadlıq” adlı ailə təsərrüfatında toyuq saxlamaqla məşğul olan kənd qızı Maralın (Nurbəniz Niftəliyeva) və onun ömür yoldaşı Səyyadın (Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov) problemləri komik lövhələrlə təqdim olunur. Lakin tamaşada gülüş məqamları yaradan personajlar kimi onlar tək deyildir.

Yeni ailə qurmuş Səyyadın birinci arvadı Ceyranın (Zəminə Baxşəliyeva) səhnədə görünməsi tamaşanın dramatizmini bir az da artırır. Yayın ortasında bir ay yaşamaq üçün bağa gəlməsi, kənd qızı Maralın isə içi dolu inkubatorları baxımsız qoyub gedə bilməməsi ziddiyyətlərin xarakterini müəyyən edən konflikt kimi ortaya çıxır. Bir qədər sonra isə Cavanşirin də (Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev) bağa gəlməsi tamaşadakı hadisələri daha maraqlı edir.

Ardını oxu...

Almaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin Naxçıvana səfəri başa çatıb

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 19-da Naxçıvan Dövlət Xalça Muzeyində olub. Məlumat verilib ki, muzeyin fondunda 3 mindən çox maddi-mədəniyyət nümunəsi var. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılıb. Ekspozisiyada müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir.

Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonağın marağına səbəb olub. Səfirə Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr barədə ətraflı məlumat verilib.

Ardını oxu...

Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri Almaniya Federativ Respublikasının səfirində xoş təəssüratlar yaradıb

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 18-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri ilə tanış olub. 

Əvvəlcə Almaniyanın səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olub.

Səfir Mixael Kindsqrab Naxçıvan Biznes Mərkəzinə gələrək muxtar respublikada istehsal olunan məhsullardan ibarət guşələrə baxıb. Məlumat verilib ki, mərkəzin əsas fəaliyyət sahəsi sa­hibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.

Ardını oxu...

00364112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
209
164
373
3256
364112

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: