"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvana İnfo-tur təşkil olunub

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəniyyəti və əsrarəngiz təbiəti ilə seçilir. Tarixi və mədəniyyət abidələri, gəzməli-görməli yerləri, abadlaşan şəhər və kəndləri Naxçıvanın turizm potensialını daha da artırır. Məhz bu potensialı tanıtmaq məqsədilə “Nəqşicahan Holdinq” tərəfindən aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib.

İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib. Tur çərçivəsində qonaqlar Naxçıvanın tarixi abidələri, gəzməli – görməli yerləri, tarix və mədəniyyət abidələri, Naxçıvanın rayon və kəndləri, bir sözlə, turizm potensialı ilə tanış olur, qarşılıqlı təcrübə mübadiləsi aparırlar.

Səfərin birinci günü qonaqlar “Duzdağ” otelində yerli turizm nümayəndələri və iş adamları ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib, Duzdağ Fizioterapiya Mərkəzinin imkanları ilə tanış olublar. 

Ardını oxu...

“Mən kinonu sevirəm” mövzusunda kinoviktorinanın ilk mərhələsi keçirilib

Aprelin 12-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Dövlət Film Fondunun və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Mən kinonu sevirəm” mövzusunda kinoviktorinaya start verilib. 

Kinoviktorinanın 3 mərhələdə keçirilməsi nəzərdə tutulub. I və II mərhələdə 5 komanda, III mərhələdə isə 6 komanda iştirak edəcək. Hər mərhələdə bir komanda qalib gələrək finalda iştirak etmək hüququ qazanacaq. Kinoviktorina iştirakçılarına 10 sual veriləcək. Bu sualların 8-i kino ilə bağlı nəzəri, qalan 2 sual isə nümayiş etdirilən filmlərdən müəyyən epizodlarla bağlı olacaqdır. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Ən çox bal toplayan komandalar kinoviktorinanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Final mərhələsi isə aprelin 17-də olacaqdır. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Viktorinanın ilk mərhələsində Naxçıvan şəhərinin 5 tam orta məktəbinin V-VIII sinif şagirdləri iştirak ediblər. Onlara Azərbaycan kinosu ilə bağlı müxtəlif suallar verilib, “Bir qalanın sirri”, Sehrli xalat”, “Qaraca qız”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Dərs”, “Yuxu” filmlərindən müxtəlif epizodlar göstərilib.

Ardını oxu...

Gənclərin “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilmişdir

Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci il iş planına əsasən nazirliyin tabeliyində olan müəssisələrin gənclərinin “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilmişdir.

Burada gənclərə məlumat verilmişdir ki, yeraltı və yerüstü sərvətləri, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur olan Naxçıvanda dünyanın şəfa ocaqlarından biri “Duzdağ” Fizioterapiya Mərkəzi qədim şəhərimizdən 14 km  aralı, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. Bildirilib ki, 1926-cı ildən bu ərazidə həm də daş duz çıxarılır ki, buradakı yatağın ehtiyatı 124 milyondan çoxdur.

Bura həmdə qədim insanların yaşayış məskəni kimi diqqəti cəlb etmişdir. Ötən əsrin 70-ci illərində buradan bir neçə daş balta, xeyli daş çəkic tapılmışdır. Həmin baltalar Naxçıvan Dövlət Tarix Muzeyində, Sankt Peterburq və Tbilisi muzeylərində saxlanılır. 1967-ci ildə uçqun nəticəsində burada təsadüf nəticəsində qədim duz mədənləri aşkar edilmişdir.

Ardını oxu...

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaranması günü münasibətilə tədbir keçirilib

Aprelin 11-də Naxçıvan Dövlət Film Fondunda 9 aprel “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaranması günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Əkbər Novruzov açaraq bildirmişdir ki, dünyada mövcud olan 300-ə yaxın turizm növlərindən biri də kulinariya turizmidir. Bundan əvvəlki dövrlərdə muxtar respublikada kulinariyanın təbliği sahəsində görülən işlər qeyri-pərakəndə xarekter daşıyırdı. Ancaq son illər bu vəziyyət dəyişilməyə başlayıb.  Naxçıvan Muxtar Respublikasında milli mətbəxin təbliğinə ciddi fikir verilir. Bu sahəyə olan diqqət və qayğı sayəsində kulinariya turizmi də inkişaf etməyə başlamışdır. Naxçıvanın özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Naxçıvan mətbəxinin zənginliyi muxtar respublikada kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.

Ardını oxu...

Bakıda keçirilən beynəlxalq turizm sərgisində Naxçıvan Muxtar Respublikası da geniş təmsil edilib

Aprelin 6-8-də Bakı Ekspo Mərkəzində dünyanın 22 ölkəsindən 272 şirkətin iştirak etdiyi XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilib. Bu sərgidə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Naxçıvandakı mehmanxanaların nümayəndələri də iştirak edib, diyarımızın turizm potensialı geniş təbliğ olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata əsasən, sərgidəki muxtar respublikanın turizm imkanlarının təqdim olunduğu 14 paneldə Dövlət Bayrağı Meydanı, “İslam Mədəniyyəti Paytaxtı Naxçıvan – 2018” loqotipi ilə yanaşı, Naxçıvanın turizm ehtiyatlarının və turizm-xidmət obyektlərinin reklam fotoları yer alıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb çap etdirilmiş, “Naxçıvan Muxtar Respublikası turist xəritəsi”, “Naxçıvan Turizm İnformasiya Mərkəzi” və muxtar respublikadakı turist marşrutları barədəki bukletlər və yerləşdirmə obyektlərinin reklam-informasiya materialları sərgi iştirakçılarına paylanılıb, müxtəlif əl işləri tanıdılıb. Naxçıvan stendindəki monitor vasitəsilə də muxtar respublikanın turizm imkanları ilə bağlı reklam çarxları nümayiş etdirilib.

Ardını oxu...

Naxçıvanda təşkil olunan “Kətə” festivalı böyük maraq doğurub

Naxçıvan Muxtar Respublikasında xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir. 

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçiril­məsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu sahənin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə muxtar respublikada xalq yaradıcılığı ilə bağlı silsilə tədbirlər təşkil olunur. Aprelin 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində başlanan və iki gün davam edən “Kətə” festivalı da muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşidli kətə növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətli hadisə olub.

Ardını oxu...

00366118
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
272
496
2379
5262
366118

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: