"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilib

Martın 6-da Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Evində "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov qeyd etmişdir ki, Mart ayının 8-i müasir dünyamızın tarixində ən əlamətdar günlərdən biridir. Həmin gün planetimizin hər yerində bəşəriyyətin tacı olan qadınların bayramı qeyd edilir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın ölkəmizdə hər zaman uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. 

Azərbaycan qadınları bəşər mədəniyyətinin yaranmasında və təşəkkül tapmasında misilsiz xidmətlər göstərmiş, xalqımızın tarixində ucalığın rəmzinə çevirilmişdir. Ölkəmizdə qadına həmişə böyük ehtiram, hörmət bəslənmiş, ana adı daim uca tutulmuş, müqəddəs sayılmışdır.

Ötən əsrin 70-ci illərində başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlamış, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai mədəni həyatda yeri və rolu daha da möhkəmlənmiş, qadın ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, xalqın inamını qazanan deputat, dövlət məmuru, sahibkar kimi də fəaliyyət göstərmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun solo konserti olub

Əməkdar artist Zülfüqar Mahmudovun solo konserti olubCəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun solo konserti olub.

Əvvəlcə aparıcı bildirib ki, gənc yaşlarından xanəndəliyə marağı olan həmyerlimiz Zülfüqar Mahmudov Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Muğam Studiyasını, eyni zamanda Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən muğam studiyasını bitirib. Təhsil illərində o, görkəmli sənətkarlarımız İslam Rzayevdən, Arif Babayevdən, Baba Mahmudoğludan, Gülxar Həsən­ovadan muğam sənətinin incəliklərini öyrənib. Onun xanəndə kimi yetişməsində Azərbaycan Respublikasının Əməkdar artisti Qəzənfər Abbasovun da böyük əməyi olub.
Zülfüqar Mahmudov uzun illər Naxçıvan Dövlət Filarmoniyasında musiqiçi kimi çalışıb. O, muxtar respublikanın mədəni həyatında, dövlət tədbirlərində daim yaxından iştirak edib, dəfələrlə xarici dövlətlərdə – Türkiyə, Türkmənistan, Polşa respublikalarında, eləcə də Rusiya Federasiyasında qastrol səfərlərində olub, muğam sənətimizin və milli musiqimizin təbliğinə öz töhfəsini verib.

Ardını oxu...

“Bəhruz Kəngərli yaradıcılığı gənc istedadların gözü ilə” mövzusunda sərgi keçirilib

Naxçıvan Dövlət Rəsm Qalereyasında “Bəhruz Kəngərli yaradıcılığı gənc istedadların gözü ilə” mövzusunda etüd sərgi təşkil olunub.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli açaraq bildirib ki, bu mövzuda ilk dəfə təşkil olunan sərgidə qədim diyarımızın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri iştirak edirlər. Şagirdlərin çəkdikləri rəsmlərdə onların görkəm­li fırça ustasının mövzularına müraciəti aydın hiss olunur. Balaca rəssamların çəkdikləri rəsmlərdə də Vətən sevgisi, torpağa bağlılıq duyğularını görmək mümkündür. Uşaqların bu mövzulara müraciəti onların rəssamın əsərlərindən həm də təsirləndiyinin nümunəsidir. Bu sərginin təşkilində əsas məqsədlərdən biri də onların bacarığını ictimaiyyətə təqdim etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli çıxışında görkəmli rəssamın əsərlərinin tamamilə milli ruhda və üslubda olduğunu bildirib. Qeyd olunub ki, böyük rəssamın rəsm əsərləri janr və üslub müxtəlifliyi ilə seçilir. Rəssamın mənzərə, portret janrlarında çəkdiyi rəsmlər təsviri incəsənətimizin qızıl fonduna daxil olub.

Muzey direktoru bildirib ki, hazırda Bəhruz Kəngərli Muzeyində 1175 eksponat mühafizə olunur. Onların 266-sı muzeydə nümayiş etdirilir.

Sonra muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərdən Gülay Zeynal­ova, İlham Əbilov, Nurlan Cəfərli, Faiq Şahsuvarov, Rəşid İsmayılov, Turac Bağırlı, Nisəbəyim Babayeva, Səid Seyidli, Zəfər Quliyev, Jalə Əliyevanın rəsmlərindən ibarət sərgiyə baxış olub.Sonra gənc rəssamlar rəsm əsərlərinin çəkilişinə başlayıblar.

Ardını oxu...

Muzey bələdçiləri üçün seminar-treninqlər davam etdirilir

Növbəti belə tədbir martın 1-də Dövlət Bayrağı Muzeyində olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Qeyd edilib ki, ötən il muxtar respublikanın muzey şəbəkəsi üçün 11 belə tədbir təşkil olunub. Seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub. Onlar vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat alıblar.

Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, işlədiyi mədəniyyət ocağı haqqında ətraflı məlumata malik bələdçilərə ehtiyac çoxdur.

Ardını oxu...

Gənclər Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində istedadlarını nümayiş etdiriblər

Fevralın 28-də Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində özfəaliyyət dram dərnəklərinin muxtar respublika baxış müsabiqəsinin birinci mərhələsi keçirilib.

Müsabiqənin təşkilində məqsəd istedadlı gəncləri ortaya çıxarmaq və onların yaradıcılıq imkanlarını düzgün istiqamətləndirməkdir. Müsabiqədə muxtar respublikada fəaliyyət göstərən özfəaliyyət dram dərnəkləri, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən özfəaliyyət teatr kollektivləri iştirak edirlər.

Müsabiqədə Babək rayon Nehrəm kənd mədəniyyət evinin dram dərnəyi, Naxçıvan şəhərinin “Mozalan” özfəaliyyət kollektivi, “Naxçıvan” Universitetinin dram dərnəyi, Şahbuz rayon Badamlı kənd mədəniyyət evinin dram dərnəyi, Babək rayon Kərimbəyli kənd mədəniyyət evinin dram dərnəyi, Naxçıvan Dövlət Musiqi Kollecinin “Sarvan” dram kollektivi, Culfa rayon Gülüstan mədəniyyət evinin dram dərnəyi, Babək rayon Babək qəsəbə mədəniyyət evinin dram dərnəyi, Şahbuz rayon Güney Qışlaq kənd mədəniyyət evinin dram dərnəyi, Culfa rayon Mədəniyyət və Turizm Şöbəsi gənclər birliyinin “Haçadağ” dram kollektivi, Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” özfəaliyyət kollektivləri iştirak ediblər.

Ardını oxu...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanması idi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan 2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilmişdir. Bu gün deyə bilərik ki, müsabiqə iştirakçıların fəallığı şəraitində keçmiş, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuşdur.

Ardını oxu...

00357720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
249
254
4655
357720

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: