"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Gənclik” Xalq Teatrı Şərur tamaşaçıları qarşısında yeni tamaşa göstərib

Naxçıvan şəhərində fəaliyyət göstərən “Gənclik” Xalq Teatrı Şərur Rayon Mədəniyyət Sarayının səhnəsində yazıçı-dramaturq Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasının motivləri əsasında hazır­lanmış “Qəşəmin yuxusu” tamaşasını teatrsevərlərə təqdim edib.

“Qəşəmin yuxusu” tamaşasındakı hadisələr ötən əsrin 30-40-cı illərində cəhalət və xurafatın hökm sürdüyü bir mühitdə baş verir. Dinin əsl mahiyyətini bilməyən, əhalinin cahil və savadsız təbəqəsinin avamlığından faydalanan və müqəddəs dini dəyərləri anlamayan, insanların sadəlövhlüyündən istifadə edərək öz mənafeyini düşünən Molla Qılınc (Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev) əslində din adamı deyil, fırıldaqçı, yalnız özünü düşünən, dini dəyərləri qazanca çevirən bir tipdir. Əslində, Molla Qılınc M.F.Axund­ov, C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev və başqa böyük yazıçılarımızın əsərlərində rast gəldiyimiz fırıldaqçılığı din pərdəsi altında həyata keçirən surətlərin xələfidir. Zaman dəyişdikcə bu tiplər də buqələmun kimi sifətlərini dəyişib yeni mühitə uyğunlaşırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir.

Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbirin ünvanı “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi olub. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. 

Qeyd olunub ki, ötən ildən başlayaraq muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub, muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat alıblar.

Ardını oxu...

“Lira” musiqili-intellektual oyunu keçirilib

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında yeni ilin ilk “Lira” musiqili-intellektual oyunu keçirilib.

Oyun başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Lira” musiqili-intellektual oyununda muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin hamısının iştirak etməsi nəzərdə tutulub və bununla bağlı qrafik tərtib edilib. Qrafikə əsasən, 2016-2017-ci tədris ili ərzində keçirilən oyunların nəticəsinə görə, I yer tutan komandalar 2017-ci ilin ortalarında keçiriləcək final oyununda iştirak edəcəklər. Bu oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Oyunda “Ariya” (Babək Rayon Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbi), “Cəngi” (Şərur Rayon Aralıq Kənd Uşaq Musiqi Məktəbi), “Qala” (Sədərək Rayon Uşaq Musiqi Məktəbi), “Muğam” (Şahbuz Şəhər Uşaq Musiqi Məktəbi), “Simayi-Şəms” və “Humayun” (Naxçıvan şəhər 3 və 4 nömrəli uşaq musiqi məktəbləri), “Aksent” (Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbi) komandaları iştirak ediblər.

Komandalara seçim turunun keçirilməsi haqqında məlumat verilərək bildirilib ki, burada ən çox bal toplayan 4 komanda, II mərhələdə isə 3 komanda iştirak edəcək. Hər mərhələdə iştirakçılara 25 sual veriləcək və ən çox bal toplayan komandalar oyunun əsas turunda iştirak etmək hüququ qazanacaqlar. Əsas tur hər biri 5 nəfərdən ibarət olan 4 komanda arasında keçiriləcək və 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə görkəmli bəstəkarların həyat və yaradıcılığı barədə, II mərhələdə musiqi əsərlərini dinləmə yolu ilə təyinetmə formatında, III mərhələdə isə şagirdlərə ümumi musiqi dünyagörüşünə dair suallar veriləcək. Hər sualın düzgün cavabı 100 balla qiymətləndiriləcək.

Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.

Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Simayi-Şəms” komandası I, “Aksent” komandasıII, “Humayun” komandası III dərəcəli diploma layiq görülüb.

 

Muxtar respublika sakinlərinin muzeylərə yeni eksponatlar təqdim etməsi artıq ənənə halını alıb

Eksponat

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik eksponatlar – Zoğala yaşayış yerindən tapılmış qolbaq və medalyon AMEA Naxçıvan Bölməsinin muzeyinə hədiyyə olunub.  

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün Naxçıvanda 29 muzey fəaliyyət göstərir. Həmin mədəniyyət müəssisələrində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tariximizin və mədəniyyətimizin yaşadılması istiqamətində işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər. 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub ki, bu eksponatlar da muzeylərə hədiyyə edilib. Muzeylərə hədiyyə olunan eksponatların nazirlik tərəfindən təqdimatı keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gənclər Təşkilatının növbəti tədbiri olub


Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gənclər Təşkilatının təşkilatçılığı ilə növbəti tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan şəhərində yerləşən mədəniyyət müəssisələrində çalışan gənclər iştirak etmişdir. Tədbir proqrama uyğun olaraq Xatirə Muzeyinin ekspozisiyasına baxışla başlamışdır. Burada gənclərə Xatirə Muzeyinin yaradılması, fəaliyyəti, muzeydə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilmişdir. 

Daha sonra gənclər Dövlət Bayrağı Muzeyində ekskursiyada olmuşlar. Burada onlara muzeyin yaradılması, Naxçıvanın tarix boyu mövcud olmuş atributları haqqında məlumat verilmişdir. ​

 

 

 

 

“20 Yanvar – Ümumxalq Hüzn Günü" mövzusunda tədbir keçirilib

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında “20 Yanvar – Ümumxalq Hüzn Günü" mövzusunda tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının baş məsləhətçisi Pərvin Həsənov tədbiri giriş sözü ilə açaraq bu günün mahiyyətindən geniş danışmışdır. Bildirmişdir ki, 20 Yanvar faciəsinin törədilməsindən artıq 27 il ötür. Bu faciə milli ideallar uğrunda mübarizə aparan soydaşlarımızın hər cür məhrumiyyətlərə sinə gərmək əzminin bariz ifadəsi, xalqımızın tarixinə yazılan şanlı bir səhifədir.Elə bir səhifə ki, üstündən neçə illər keçsə belə, bizə milli ideallar uğrunda mübarizənin haqq səsi olduğunu xatırladır.

Ardını oxu...

00350259
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
180
203
383
3064
350259

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: