"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqinə həsr olunmuş dəyirmi masa keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

Muxtar respublikada fəaliyyət göstərən bir neçə muzey əməkdaşının və Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının I kurs tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Məmiyeva açıb.

Dəyirmi masada Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Hüseyn Cavidin ev-muzeyinin direktoru Bəhruz Axundov, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri Məmməd Əliyev, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova və başqalarının iştirakı ilə muzey ekskursiyası işinin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Ardını oxu...

50 yaşlı musiqi məktəbi muxtar respublikanın mədəni həyatında mühüm rol oynayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 oktyabr    2016-cı il tarixdə “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illiyinə həsr olunmuş tədbirin, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 50 ildə” mövzusunda konfransın keçirilməsi, məktəbin 50 illik fəaliyyətini əks etdirən nəşrin, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması nəzərdə tutulub.

Ardını oxu...

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Muzey bələdçiləri üçün növbəti seminar-treninq keçirilib

Oktyabrın 27-də Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq keçirilib.

Seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyinin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, 2015-ci ildən etibarən muzey bələdçiləri üçün muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə seminar-treninqlər keçirilir. Bu seminar-treninqlərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik biliklərinin yüksəldilməsidir.

Ardını oxu...

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycan tarixində elə nəsillər var ki, onlar xalqımıza böyük simalar – hərbçilər, siyasətçilər, elm və sənət adamları, ədəbiyyatçılar, musiqiçilər, aktyorlar, rəssamlar bəxş ediblər. Şahtaxtinski­lər, Kəngərlilər, Bakıxanovlar, Hacıbəyovlar, Şuşinskilər, Təhmasiblər, Şıxlinskilər, Topçubaşovlar, Qarayevlər və başqa onlarla nəsillərin nümayəndələri mədəniyyətimizin, elmimizin, təhsilimizin, hərb sənətimizin, səhiyyəmizin tərəqqisində müstəsna rol oynayan dünya şöhrətli insanlar olublar. Bu görkəmli nəsillər içərisində Bakıxanovlar nəslinin də şərəfli yeri vardır. Bu gün tədbirimizdə iştirak edən “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanov da Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısıdır. Qeyd olunub ki, Tofiq Bakıxanov qədim diyarımızda dəfələrlə olub.

Ardını oxu...

Naxçıvanda turizmin inkişafı diqqət mərkəzindədir

Turizm müşavirəsində qarşıya qoyulan vəzifələr icra olunur

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 91 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur.

Ardını oxu...

Gənclərin Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ali məktəblərində təhsil alan gənclərin Culfa rayonundakı Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirmişdir ki, 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilmiş, müşavirədə qarşıya bir çox tapşırıq və vəzifələr qoyulmuşdur. Tapşırıqların icrası məqsədilə hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən gənclərin muxtar respublikanın tarix-mədəniyyət abidələrinə ekskursiyalarının təşkili Nazirlik tərəfindən diqqətdə saxlanılmışdır. Bu günki ekskursiya da bu qəbildən olan tədbirlərdəndir. Qeyd edilmişdir ki, Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı əsasında bərpa edilmişdir. Bərpa işlərindən sonra abidə iyun ayının sonlarında istifadəyə verilmiş və ziyarətçilərin üzünə açılmışdır. Gülüstan türbəsi Azərbaycan xatirə memarlığının dəyərli nümunəsidir. Bildirilib ki, abidə dünya əhəmiyyətlidir və Əcəmi memarlıq məktəbinin yadigarı olmaqla tariximizi yaşadır.

Ardını oxu...

00350260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
203
384
3065
350260

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: