"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda turizmin inkişafı diqqət mərkəzindədir

Turizm müşavirəsində qarşıya qoyulan vəzifələr icra olunur

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 91 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur.

Ardını oxu...

Gənclərin Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ali məktəblərində təhsil alan gənclərin Culfa rayonundakı Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirmişdir ki, 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilmiş, müşavirədə qarşıya bir çox tapşırıq və vəzifələr qoyulmuşdur. Tapşırıqların icrası məqsədilə hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən gənclərin muxtar respublikanın tarix-mədəniyyət abidələrinə ekskursiyalarının təşkili Nazirlik tərəfindən diqqətdə saxlanılmışdır. Bu günki ekskursiya da bu qəbildən olan tədbirlərdəndir. Qeyd edilmişdir ki, Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı əsasında bərpa edilmişdir. Bərpa işlərindən sonra abidə iyun ayının sonlarında istifadəyə verilmiş və ziyarətçilərin üzünə açılmışdır. Gülüstan türbəsi Azərbaycan xatirə memarlığının dəyərli nümunəsidir. Bildirilib ki, abidə dünya əhəmiyyətlidir və Əcəmi memarlıq məktəbinin yadigarı olmaqla tariximizi yaşadır.

Ardını oxu...

Hüseyn Cavid Poeziya Günü qeyd edilib

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə ulu öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsi idi. 

Bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin şəhərin mərkəzində ucaldılan məqbərəsini ziyarət ediblər. Dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova deyib ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 134 il ötür.

Ardını oxu...

Beynəlxalq Kulinariya Günü qeyd olunub

Oktyabrın 20-də Naxçıvan Dövlət Film Fondunda Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov açaraq əlamətdar günün əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi qeyd olunamsı haqda qərar qəbul edib.

Ardını oxu...

Türkiyənin “Metro Turizm Səyahət Təşkilatı” şirkəti muxtar respublikada fəaliyyətə başlayıb

Türkiyə Respublikasının ən böyük turizm şirkəti olan “Metro Turizm Şirkəti” muxtar respublikada fəaliyyətə başlayıb. Bu şirkət muxtar respublikadan Türkyə Respublikasının bütün şəhərlərinə və ordan geriyə sərnişindaşıma fəaliyyətini həyata keçirəcək.

Qardaş Türkiyənin ən böyük turizm şirkəti  2015-ci ildə daşıdığı sərnişin sayı 26 milyonu ötüb. Bu şirkətin fəaliyyətə başlaması muxtar respublikada turizmin inkişaf etdirilməsinə  şərait yaradacaq. Çünki bu şirkətin Türkiyə ilə yanaşı bir neçə digər xarici ölkələrdə də sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Sərnişindaşımada ən son model 20 avtobusun gücündən istifadə edən şirkət  gündə 7 dəfə qonşu     Türkiyə Respublikasının İstanbul, Ankara, Ərzurum və İğdır şəhərlərinə  və geriyə reyslər təşkil edəcək.

Ardını oxu...

“Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın VI mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi olan “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın VI mərhələsi başa çatıb.

Müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması, istedadlı ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Əsas turun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb.

Ardını oxu...

00365125
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
52
382
1386
4269
365125

Tarix: 16-11-2019
Biz, sosial şəbəkələrdə: