"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda Milli Musiqi Günü qeyd olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sen­tyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Artıq 21 ildir ki, sen­tyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Sentyabrın 17-də bu əlamətdar gün münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirmişdir ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Azərbaycanın mədəniyyət tarixinə professional musiqinin banisi, görkəmli ictimai xadim, jurnalist, fitri istedad sahibi kimi daxil olub.

Ardını oxu...

Naxçıvanda mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişlənir

Muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirilməsi avqust ayında da diqqətdə saxlanılmış, kitabxanaların və muzeylərin fəaliyyətinə diqqət artırılmışdır. Ordubad rayonunda kitabxana işi ilə bağlı zona müşavirəsi keçirilmişdir. 

Ötən ay kitabxanalarda, ümumilikdə, 41 tədbir və 19 sərgi keçirilmiş, kitabxanalara 42 adda 44 nüsxə çap məmulatı paylanılmış, yeni oxucu sayı 161 nəfər, oxucu gəlişi 4896 nəfər, kitab verilişi 23 min 576 ədəd olmuşdur. Ötən ay muxtar respublikadakı muzeyləri 4695 xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə, 24 min 172 tamaşaçı ziyarət etmişdir. Bu dövrdə muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində də işlər görülmüş, muzey fondlarına 302 ədəd eksponat daxil edilmişdir. Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə Dövlət Bayrağı Muzeyində seminar-treninq keçirilmiş, “Əlincəqala” Tarix-Mədəniyyət və Bəhruz Kəngərli muzeylərinin bukletləri hazırlanaraq nəşr olunmuşdur. Bununla yanaşı, Şahbuz, Culfa, Şərur, Kəngərli Rayon Tarix-Diyarşünaslıq muzeylərində və Naxçıvan Dövlət Tarix Muzeyində 60-dan çox eksponatın üzərində olan yazılar, eləcə də Gəmiqaya Tarix Bədii Qoruğunun ərazisində 1290 qayaüstü təsvir öyrənilərək qısa təsvirləri hazırlanmışdır.

Ardını oxu...

Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında bayram konserti olub

Sentyabrın 12-də müqəddəs Qurban bayramı ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında “Xalq mahnı və təsniflərinin ifaçı­lıq müsabiqəsi-2016”nın iştirakçılarının konsertı olub. Konsertdən əvvəl aparıcı şəhərimizin sakinlərini və qonaqlarını salamlayaraq bildirib ki, belə tədbirlərin keçirilməsi bayram günlərində insanların asudə vaxtının və istirahətinin səmərəli təşkilinə xidmət edir.

Ardını oxu...

Kukla teatrı yeni tamaşa ilə uşaqların görüşünə gəlib

Sentyabrın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirin iştirakçıları əvvəlcə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası əməkdaşlarının hazırladığı “Kitab bayramı”nda nümayiş etdirilən 400-dən artıq ictimai-kütləvi, elmi, bədii, uşaq ədəbiyyatı ilə bağlı kitablarla tanış olublar. Burada uşaq kitabxanasının yazıçı və şairlərdən A.Şaiq, S.Vurğun, M.İbrahimov, N.Həsənzadə, Ə.Cəfərzadə, A.Babayev və başqalarının yubileyləri ilə bağlı hazırladığı metodik kitabçalar da nümayiş etdirilib. Kitablarla tanışlıqdan sonra tədbir iştirakçılarını burada qurulmuş səhnədə salamlayan Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Yasəmən Ramazanova onlara yeni dərs ili ərəfəsində təhsildə uğurlar arzulayıb. 

Ardını oxu...

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq çıxış edib. 

Bildirilib ki, bu gün muxtar respublikamızda 29 muzey, 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 400-dən çox klub, mədəniyyət evi, kitabxana, mədəni-maarif müəssisəsi, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu, o deməkdir ki, 500-dən çox mədəniyyət obyektinin payız-qış mövsümünə normal hazır­lığı təşkil edilməlidir. Buna görə də rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin müdirləri, respublika müəssisələrinin rəhbərləri indidən işlərinin düzgün qurulması, müəssisələrdə təhlükəsizlik qaydalarına əməl edilməsi, mal-materialların təyinatı üzrə düzgün bölünməsi və səmərəli istifadəsini nəzarətdə saxlamalıdırlar.

Ardını oxu...

Naxçıvanda çörək festivalı keçirilmişdir

Avqustun 30-da Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan çörəkləri” festivalı keçirilmişdir. Tədbirin aparıcıları qeyd etmişlər ki, Azərbaycanda çörək əsrlərdən bəri bolluq və bərəkət rəmzi sayılıb. Tarixboyu çörək andımız, alqışımız olub. Böyüklərimiz dostluğu daha da möhkəmləndirmək üçün duz-çörək kəsiblər. Qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib. Bu ilin may və iyun aylarında muxtar respublikada “Yaradıcı əllər”, “Göycə” və “İstedadlı uşaqlar” festivalları keçirilmişdir. Bu gün keçirilən “Naxçıvan çörəkləri” festivalı da muxtar respublikanın bölgələrinə xas müxtəlif çeşidli çörək növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətlidir.

Festivalda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayev çıxış edərək demişdir ki, muxtar respublikada enerji təhlükəsizliyi ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Ərzaq təhlükəsizliyinin təminatında isə taxılçılığın inkişafı mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyən əsas sahədir. 

Ardını oxu...

00364105
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
202
164
366
3249
364105

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: