"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dedi: “Naxçıvan sosial-iqtisadi nöqteyi-nəzərdən sürətlə inkişaf edir”.

Xəbər verildiyi kimi İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın mədəniyyət və istehsal müəssiəsələri ilə tanış olmuşdur. Cavad Cahangirzadə Naxçıvana səfəri ilə bağlı “Şərq Qapısi” qəzetinə müsahibə vermişdir.

-Hər şeydən əvvəl siz səfərinizin məqsədi barədə məlumat verə bilərsinizmi?

Mənim bura  səfərimin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ilə yaxından tanış olmaq idi. Bu tanışlıq günbəgün inkişaf edən əlaqələrimizi genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bugün regionun iki aparıcı dövlətinin, İran İslam Respublikasının və Azərbaycan Respublikasının arasında olan əlaqələr getdikcə güclənir və əlaqələr daha da genişlənir. Təsadüfi deyil ki, son üç il ərzində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında 7 görüş keçirilmişdir. Bu dövlət başçılarının təkrar görüşləri, onların qarşılıqlı və faydalı müzakirələri regionda nadir hadisələrdəndir. Buna görə də əminliklə deyə bilərik ki, siyasi, iqtisadi əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib.

-Azərbaycan və İran arasında olan əlaqələri eləcə də bu əlaqələrdə Naxçıvanın rolunu necə qiymətləndirərdiniz?

İran və Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələri var. Diplomatların vəzifələri hər iki ölkə arasında olan əlaqələrin inkisafına xidmət etməkdir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən gözəl yerlərindən biridir. Naxçıvan dahi poeziya insanlarının, mədəniyyət xadimlərinin, siyasətçilərin diyarıdır. Bu mənada bu möhtəşəm diyarı görmək, muxtar respublika ilə tanış olmaq mənim üçün şərəfdir. Mən burada yüksək səviyyəli görüşlər keçirdim. Bu görüşlərdən `müsbət nəticələr əldə etdik. İran və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir. İki ölkə arasında dəmir yol xətti lahiyəsinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu İran və Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafına töhfə verəcəkdir. Bundan əlavə, bu dəmir yolu Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı bir-birinə bağlayacaqdır. Çin və Hindistan kimi ölkələr öz məhsullarını Avropaya əlverişli yollarla çatdıra biləcəklər. Malların əks istiqamətə daşınması da bu yolla həyata keçiriləcəkdir. Buda İran və Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verəcəkdir. Mən Ordubadda da oldum. Uzun müddət əvvəl Ordubad haqqında eşitmişdim. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim Qeysəriyyə binası ilə tanışlıq məndə dərin təəssüratlar buraxdı. Mən sərhəd-keçid məntəqəsinidə ziyarət etdim. Gömrüyün fəaliyyəti hər iki tərəfin gediş-gəliş üçün şərait yaradır, iqtisadi əlaqələri genişləndirir, turizmi inkişaf etdirir. Bir şeyidə demək istəyirəm ki,  təqribən bir aydan sonra Naxçıvan-Məşəd dəmiryolu fəaliyyətə başlayacaq. Bu sahədə işlər yekunlaşmaq üzrədir. Naxçıvan-Məşəd dəmiryolu fəaliyyətə başlayandan sonra naxçıvanlılar Məşəd ziyarətinə asanlıqla gedə biləcəklər. İrandan olan insanlar sərnişin qatarları vasitəsilə muxtar respublikaya gələ biləcəklər. Naxçıvan-Məşəd dəmiryolunun açılması gediş-gəlişi artıracaqdır. Bügun Ordubad Su Elektrik Stansiyası Araz çayının sahilində inşa edilir. Bu stansiyanın istifadəsi gələcəkdə Naxçıvana böyük fayda verəcəkdir. Muxtar respublikada istehsal müəssisələrinin sayı günbəgün artır. Buda öz növbəsində enerjiyə olan ehtiyacı artırır. Torpaqları suvarmaq üçün istifadə edilən mexanizmlər enerji sərfini artırır. Prezidentlərimiz bu stansiyaların tikilməsi barədə razılığa gəliblər. 

-Naxçıvan səfərinizdən necə təsirləndiniz?

Naxçıvanın çoxlu görməli yerləri var. Bugün Naxçıvan sosial-iqtisadi nöqteyi-nəzərdən sürətlə inkişaf edir. Ən önəmli məqam odur ki, bu inkişaf daimidir. Muxtar respublikanın şəhərləri ilə bərabər kəndləridə abadlaşır. Bəlkə də bunu uzaq məsafədən müşahidə eləmək çətindir. Belə ki, biz buraya səfər etməklə geniş miqyaslı inkişafın şahidi olduq. Arzu edirəm ki, Naxçıvan bundan sonra da inkişaf etsin. Naxçıvan Biznes Mərkəzində olarkən mən muxtar respublikada istehsal olunmuş yüzlərlə çeşiddə məhsulun nümayiş olunduğunu gördüm. Bu sevindirici haldır ki,  bir çox sahələrdə muxtar respublika məhsullar hazırlayır. 366 adda məhsul hazırlamaq böyük uğurdur. Çoxlu sayda müəssisənin yaradılması müsbət haldır. Arzu edirəm ki, bundan sonra böyük uğurlar əldə edəsiniz.  Mən Azəri bacı və qardaşlarıma sülh, əmin-amanlıq, firavan həyat arzulayıram. İran xalqı hər zaman istəyir ki, Azərbaycan inkişaf etsin, sülh şəraitində yaşasın. Azərbaycan və İran birlikdə daha böyük uğurlar əldə edəcək.

-Müsahibə üçün təşəkkür edirəm. 

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: