"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Dimitriy Volovey: Bunun bir adı var – bu əsl fantastikadı. Naxçıvan kimi şəhərlər dünyada çox azdır

Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan gömrük xidməti nümayəndələri GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin sayca 26-cı iclasında iştirak etmək üçün Naxçıvanda işgüzar səfərdədirlər.

Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələri, turizm obyektləri ilə tanış olub, Şahtaxtı və Sədərək sərhəd keçid məntəqələrinin iş prinsipi və fəaliyyətini yaxından izləyiblər. 

GUAM-ın gömrük xidməti nümayəndələri Naxçıvan haqqında müsahibə veriblər.

Gürcüstan Respublikası Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək deyib:

"Belə geniş yaşıllıqlar və yaraşıqlı binalarla qarşılaşacağımı gözləmirdim. Bizi Naxçıvandakı gömrük keçid komplekslərinə apardılar – İran sərhəddinə, Türkiyə sərhəddinə. Orada yeni binalar tikilir, tamamilə yeniləşdirilmiş infrastruktur yaradılacaq. Bu da gömrük işinin asanlaşdırılmasına və ticarətin sürətlənməsinə səbəb olacaq".

 

Naxçıvanda olduğu üçün məmnunluğunu ifadə edən Moldova Respublikasının Maliyyə Nazirliyinin yanında Gömrük Xidmətinin Strateji Menecment idarəsinin rəisi Dimitriy Volovey dünyada belə şəhərlərin az olduğunu bildirib:

"Burada hər şeyin – təmizliyin, yaşıllığın, quruculuğun şahidi oldum. Desəm ki, burada olmağım mənə yaxşı təsir elədi bu düzgün olmazdı, bunun bir adı var – bu əsl fantastikadı. Belə şəhərlər dünyada çox azdır. Sizlər həqiqətəndə xoşbəxt insanlarsız ki, belə firəvan bir yerdə yaşayırsız. Mən Azərbaycanda bir neçə dəfə olsam da, Naxçıvanda birinci dəfədir ki oluram. Bu da məndə ölkəniz haqqında daha geniş təssüratlar oyatdı". 

Ukranya Respublikasının Dövlət fiskal Xidmətinin yanında Xarici Əlaqələr üzrə Məsləhət Şurasının üzvü Oleq Semenenko isə bildirib ki, bu konfrans üçün məhz Naxçıvanın seçilməsi ən doğru addımdır.

"GUAM ölkələrinin rəhbər komitəsi çərçivəsində tranzitin və ticarətin birgə inkişafı məqsədilə buradayıq. Biz bu gün regionun bir neçə gömrük buraxılış məntəqəsinin iş fəaliyyəti ilə tanış olduq. Burada vətəndaşların rahat keçişi üçün, eləcə də biznesin daha yaxşı təşkil olunması üçün göstərilən səyləri öz gözlərimizlə gördük. Biz buranın zəngin mədəni irsi ilə də tanış olduq. Burada əhalinin rifahının daha da yüksəldilməsi istiqamətində qazanılan nailiyyətlərin şahidi olduq. Yüz faiz biz bu informasiyanı özümüzlə vətənimizə aparacağıq və yaxşı mənada sizin ölkənizin lobbiçisi olacağıq". 

Oleq Semenenko deyib ki, öz ölkəmizdə biznesin qurulması, idarəetmə işləri və əlaqələrlə bağlı sizin diyarı nümunə göstərəcəyik. Bu qonaqpərvərlik və xoş münasibətə görə Muxtar Respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.

 

 

01070345
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
102
242
4428
10548
1070345

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: