"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Dünya Bankının Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə Tapşırıq Qrupunun rəhbərləri Naxçıvanda olublar

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını təmin edən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin önəmli yeri var. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində ölkəmizin müxtəlif regionlarında, eləcə də muxtar respublikamızda bir çox tədbirlər həyata keçirilir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Dünya Bankının layihə üzrə Tapşırıq Qrupunun rəhbərləri Satoşi İşihara və Tara Şarafudin Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olublar. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində bu münasibətlə görüş keçirilmiş, layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Qonaqlar muxtar respublikaya səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Satoşi İşihara: “Naxçıvan Muxtar Respublikasına səfərimizin əsas məqsədi buradakı tərəfdaşlarımızla görüşmək, muxtar respublikanın davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr və işgüzar söhbətlər aparmaq olmuşdur. Eyni zamanda layihənin 3-cü fazasının həyata keçirilməsi üçün hazırlıqlar haqqında fikir mübadiləsi apardıq. Bu layihənin məqsədi kənd yaşayış məntəqələrində infrastruktur xidmətlərinin yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyəti, kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi və sair haqqında olacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, mən əvvəllər də Naxçıvanda olmuşam və ötən müddətdə burada çox böyük dəyişikliklər baş verib. Muxtar respublikanın bütün bölgələrində mühüm infra­struktur layihələri həyata keçirilib. Xüsusilə kəndlərdə əhalinin yaşayıb fəaliyyət göstərməsi üçün mühüm addımlar atılıb, yeni yollar çəkilib, xidmət obyektləri istifadəyə verilib, bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ümid edirəm ki, muxtar respublikadakı tərəfdaşlarımızla, buradakı icmalarla qarşılıqlı əməkdaşlığımız mühüm nailiyyətlər əldə etməyimizə imkan verəcək”.

Xanım Tara Şarafudin: “Bu, mənim Naxçıvana ilk səfərimdir. Ancaq muxtar respublika haqqında çox eşitmişdim. Buranın mətbəxi, təmiz ekoloji kənd təsərrüfatı məhsulları, faydalı qazıntıları, mineral suları haqqında əvvəlcədən məlumatım var idi. Naxçıvanda olarkən layihə ilə bağlı keçirilən görüşlərdə fikir mübadilələri apardıq. Düşünürəm ki, qarşılıqlı anlaşmalar gələcək uğurlarımızın əsasını təşkil edəcək. Eyni zamanda bunu xüsusilə vurğulamaq istərdim ki, burada bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait mövcuddur. Onlar ətraf mühitin qorunmasına, məişət tullantılarının daşınmasına öz töhfələrini verirlər. Naxçıvan şəhəri ilə yanaşı, kəndlərdə də təmizlik çox ciddi şəkildə qorunur. Regionla bağlı çox pozitiv təəssüratlara sahib oldum. Bunu da qeyd etmək istərdim ki, Naxçıvan yeniliklərə açıq, bu nümunəvi yenilikləri daim özündə tətbiq edən bir diyardır. İnanıram ki, qarşılıqlı əməkdaşlığımız görülmüş işlərə əlavə töhfə verəcək”.

 

01070346
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
103
242
4429
10549
1070346

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: