"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beybit İsabayev: "Bu səfər Naxçıvanla Qazaxıstan arasında həm təhsil, həm də iqtisadi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün bir başlanğıcdır"

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.

Qazaxıstanlı diplomat  səfər çərçivəsində Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət obyektləri və  bir neçə sənaye-istehsal müəssisəsi ilə tanış olub. Qonaq səfər təəssüratlarını  belə ifadə edib.

"Artıq iki ildir ki, Qazaxıstanın Azərbaycandakı səfiriyəm. Bu mənim Naxçıvana ilk səfərimdir. Naxçıvan çox maraqlı regiondur. Şəhər  çox gözəl, təmiz, sakinləri  isə qonaqpərvər, mehribandır. Səfərimin əsas məqsədi Naxçıvanla tanışlıq, bir sıra rəsmi görüşlər keçirmək, həmçinin təhsil və istehsal müəssisələri ilə tanışlıqdır.

Ardını oxu...

Ölkənin aparıcı media nümayəndələrinin Naxçıvan haqqında təəssüratları

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 31 may-2 iyun tarixlərində ölkəmizin aparıcı media nümayəndələri muxtar respublikada səfərdə olublar. Səfər çərçivəsində onlar qədim diyarımızın tarixi abidələri, istehsal, təhsil, mədəniyyət müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olublar. Media nümayəndələri Naxçıvan təəssüratları barədə danışıblar.

Vüqar Səfərli – KİVDF-nin icraçı direktoru: “Biz artıq ikinci dəfədir ki, müxtəlif mətbuat orqanlarının nümayəndələri ilə Naxçıvana səfər edirik. Birinci səfərimiz keçən ilin oktyabr ayına təsadüf etmişdi. 20 nəfərdən ibarət, əsasən, baş redaktorların təmsil olunduğu bir heyətlə gəlmişdik. Burada media qurumları ilə əlaqələrin genişləndirilməsi məqsədilə konfrans keçirdik. Naxçıvanı gəzdik, onları buradakı tarixi abidələrlə tanış etdik. İlk səfərdən sonra ölkə mətbuatında Naxçıvan, onun inkişafı haqqında yazılar verilmişdi. 

Budəfəki gəlişimizin məqsədi Naxçıvanda turizmin inkişafı ilə bağlı medianın roluna həsr olunmuş tədbirin keçirilməsidir. Naxçıvan güclü turizm potensialına malikdir. Bu, mediada geniş işıqlandırılmalıdır. Qərara almışıq ki, media rəhbərləri buradan qayıdandan sonra Naxçıvanın turizm potensialı ilə bağlı geniş məqalələr yazsınlar”.

Ardını oxu...

Ölkənin aparıcı media nümayəndələrinin Naxçıvan təəssüratları

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 31 may -2 iyun tarixlərində ölkənin aparıcı media nümayəndələri muxtar respublikaya səfər ediblər. Səfər çərçivəsində onlar Naxçıvan Dövlət Universitetində “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda keçirilən konfransda iştirak edib, qədim diyarımızın tarixi-mədəni abidələri, istehsal, mədəniyyət, təhsil müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olublar. Media nümayəndələri səfər təəssüratlarını bizimlə bölüşüblər. 

Hikmət Məmmədov – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı: “Gördüklərimizə əsasən deyirəm ki, Naxçıvan nə qədər qədim diyar olsa da, bir o qədər də müasir, bir o qədər də modern bir şəhərdir. Bu gün Naxçıvanda qədimdən bəri yaşadılan qurucu­luq ənənələri çox uğurla davam etdirilir. İnsanın ürəyində qürur, fəxarət hissi yaradır ki, bu gün üç dövlətin sərhədində olan Naxçıvan inkişaf edir, böyüyür, abadlaşır. İnsanlar rifah içərisində yaşayırlar. Muxtar respublikanın çox böyük turizm potensialı var. Naxçıvan Azərbaycan xalqının tarixinin, siyasi keçmişinin mərkəzlərindən biri olubdur. Amma mən düşünürəm ki, Naxçıvan haqqında danışanda onu təkcə Azərbaycan xalqının siyasi tarixi ilə əlaqələndirmək bir qədər ədalətsizlik olar. Çünki Naxçıvan şəhəri və Naxçıvan Muxtar Respublikası bütövlükdə Yaxın Şərqin, müsəlman dünyasının mühüm mədəniyyət mərkəzlərindəndir. Ona görə də Naxçıvan bu gün inkişaf etməkdə olan turizm mərkəzlərindən birinə çevrilib. Çünki Şimali Afrikadan tutmuş Yaxın Şərqə qədər böyük müsəlman coğrafiyasında yaşayan bütün xalqlar burada öz keçmişlərinə, mədəniyyətlərinə aid nə isə tapa bilərlər.

Ardını oxu...

Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers: "Naxçıvan həm də müasir şəhərdir, burada tarixiliklə müasirliyin vəhdəti daha çox diqqətimi çəkdi"

Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikamızın qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub.

Niderland səfiri Onno Kervers Naxçıvan haqda təəssüratlarını belə ifadə edib: 

"Naxçıvanda birinci dəfədir ki, səfərdə oluram. Naxçıvana səfərimin əsas məqsədi dövlətlərimiz arasında olan dostluq münasibətlərini daha da möhkəmləndirmək və bu tarixi şəhəri tanımaqdır.

Ardını oxu...

Dimitriy Volovey: Bunun bir adı var – bu əsl fantastikadı. Naxçıvan kimi şəhərlər dünyada çox azdır

Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan gömrük xidməti nümayəndələri GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin sayca 26-cı iclasında iştirak etmək üçün Naxçıvanda işgüzar səfərdədirlər.

Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələri, turizm obyektləri ilə tanış olub, Şahtaxtı və Sədərək sərhəd keçid məntəqələrinin iş prinsipi və fəaliyyətini yaxından izləyiblər. 

GUAM-ın gömrük xidməti nümayəndələri Naxçıvan haqqında müsahibə veriblər.

Gürcüstan Respublikası Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək deyib:

"Belə geniş yaşıllıqlar və yaraşıqlı binalarla qarşılaşacağımı gözləmirdim. Bizi Naxçıvandakı gömrük keçid komplekslərinə apardılar – İran sərhəddinə, Türkiyə sərhəddinə. Orada yeni binalar tikilir, tamamilə yeniləşdirilmiş infrastruktur yaradılacaq. Bu da gömrük işinin asanlaşdırılmasına və ticarətin sürətlənməsinə səbəb olacaq".

Ardını oxu...

İsrail səfiri Dan Stav: "İsrail Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır və bu, əməli işə çevriləcək"

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikamızın qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub.

Səfir Naxçıvan haqqında təəsüratlarını belə ifadə edib.

"Naxçıvana səfərim Azərbaycanın müxtəlif regionlarına sərfərlərimin bir hissəsidir. Naxçıvan Azərbaycanın çox vacib tərkib hissəsidir. Naxçıvanda gördüklərim məndə çox böyük təəssüratlar oyatdı. Xüsusilə də Naxçıvandakı müasir xəstəxananın mövcudluğu, mineral sularla  müalicə   sisteminin  mövcud olmasını ayrıca qeyd etməliyəm. Bütün bunlar Naxçıvanın həm yüksək turizm potensialının olduğunu, həm də yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu səfərin məqsədi odur ki, burada  qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı quraq, əlaqələri inkişaf etdirək. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab  Vasif Talıbovla və  nazirlərlə də görüşdüm. Görüşlərin əsas məqsədi səhiyyə və kənd təsərrüfatı sahəsində əməkdaşlığımızı genişləndirməkdir".

Ardını oxu...

01070339
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
96
242
4422
10542
1070339

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: