"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kerol Meri Krofts: Naxçıvanda istehsal edilən məhsullar keyfiyyəti ilə seçilir

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Səfər çərçivəsində diplomat rəsmi görüşlər keçirib, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, Naxçıvanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıb.

Səfərin birinci günü qonaq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. 

Diplomat daha sonra Naxçıvan Dövlət Universiteti ilə tanış olub, tələbələr qarşısında Böyük Britaniya-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.

Ardını oxu...

Gennadi Axramoviç: “Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixrac olunmasında maraqlıyıq”

Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç “Şərq qapısı” qəzetinə müsahibəsində muxtar respublikaya səfərindən məmnun qaldığını bildirib. Naxçıvanın bir sıra sahələr üzrə qazandığı nailiyyətlərin nümunə gücündə olduğunu xüsusi vurğulayan diplomat muxtar respublikanın əldə etdiyi qabaqcıl təcrübənin Belarus Respublikasında da tətbiq edilməsinin əhəmiyyətini qeyd edib. Gennadi Axramoviç deyib: 

– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Bir ildən çoxdur, Azərbaycan Respublikasında fəaliyyət göstərirəm. Belarus Respublikasının yaxın dostu olan Azərbaycanın qədim diyarına səfər etməyi çox arzulayırdım. Mən bilirəm ki, Naxçıvan Muxtar Respublikası həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim diyardır, eyni zamanda Azərbaycana çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, ziyalılar, elm xadimləri bəxş edən bölgədir. Ona görə bu unikal diyara səfər etmək mənim üçün çox xoşdur. 

Ardını oxu...

Mariya Joao Lopes Kardoso: “Naxçıvanla Portuqaliyanın muxtar regionları arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi yaxşı perspektivlər vəd edir”

Portuqaliyanın Azərbaycan Respublikasında nümayəndəliyinin müvəqqəti işlər vəkili “Şərq qapısı” qəzetinə müsahibə verib. Muxtar respublikaya ilk dəfə səfər edən qonaq regionun inkişafını yüksək qiymətləndirib və Naxçıvanda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirib. Əvvəlcə səfərinin məqsədi barədə danışan Mariya Joao Lopes Kardoso deyib:

– Mən Azərbaycanın bir sıra bölgələrinə səfər etmək niyyətindəyəm. Həmin bölgələrdən tarixi əhəmiyyətinə görə Naxçıvan birinci sıradadır. Muxtar respublikaya səfərim zamanı bir sıra əhəmiyyətli görüşlər keçirdim. Naxçıvanın səhiyyə, informasiya texnologiyaları, enerji, meliorasiya sahələrində əldə etdiyi nailiyyətlər barədə məlumat aldım, bu sahələrdə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik. Bundan sonra Portuqaliyadan istər dövlət xadimləri, istər sənətçilər, istərsə də biznes nümayəndələri Bakıya gəldiyi zaman mən onlara tövsiyə edəcəyəm ki, Naxçıvana da gəlsinlər. Çünki bu səfərimdən sonra tam əminəm ki, onlar burada etibarlı tərəfdaşlar, dostlar əldə edəcəklər.

Ardını oxu...

Latviya və Litva respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Naxçıvandan xoş təəssüratlarla ayrılıblar

Xəbər verdiyimiz kimi, sentyabrın 7-9-da Latviya və Litva respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində muxtar respublikanın gəzməli-görməli yerləri, eləcə də təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələri ilə tanış olublar. Hər iki diplomat Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.

Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs:

– Mən artıq bir ildən çoxdur ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Bu müddətdə paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın bir çox bölgələrində olmuşam. Naxçıvana isə ilk səfərimdir. Səfərimizin əsas məqsədi Naxçıvanla tanış olmaq idi. Deyə bilərəm ki, bu regionla bağlı zəngin təəssüratlar ala bildik. Naxçıvanın həm qədim tarixi, həm də müasir inkişafı məni valeh etdi. Burada olarkən muzeyləri gəzdik, tarixi abidələrin yerləşdiyi ünvanlarda olduq.

Ardını oxu...

Naxçıvanın zəngin təbiəti, güclü iqtisadiyyatı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini heyran edib

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta “Şərq qapısı” qəzetinə məxsusi müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik: 

– Siz muxtar respublikanın təbiət mənzərələri ilə tanış oldunuz. Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz? 

– Əvvəlcə qeyd etmək istərdim ki, mən Naxçıvan Muxtar Respublikasına səfərimdən çox məmnunam. Həyat yoldaşım En xanımla mən Naxçıvanın tarixi yerləri, eyni zamanda füsunkar təbiəti ilə tanış olmaq fürsətini yüksək dəyərləndiririk. Biz Şahbuz Dövlət Təbiət Qoruğuna gedərkən yolboyu ətrafı seyr etdik. Çox möhtəşəm, əvəz­olunmaz təbiət mənzərələri ilə qarşılaşdıq. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisi isə bizi heyran etdi, bizdə buranın böyük turizm potensialına malik olmasına dair əminlik yarandı. Batabat yaylağının qorunub saxlanılması gələcəkdə də turizmin inkişafı üçün əsaslı zəmin yaradır. Burada eko­turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var. 

Ardını oxu...

Bundan sonra əməkdaşlığımızın daha da genişləndirilməsi üçün səylərimi artıracağam

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu mayın 2-də Naxçıvan Muxtar Respublikasına səfər edib. “Şərq qapısı” qəzetinin müxbirinə səfərinin məqsədi və səfər təəssüratları barədə danışan səfir Kim Çanq-Qyu deyib: “Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası ilə tanış olmaq, əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərini müzakirə etməkdir. Xüsusilə mədəniyyət sahəsində bizim əlaqələrimizin inkişaf perspektivləri çox yüksəkdir. Qarşılıqlı əməkdaşlıq imkanlarımız çox genişdir. Çünki xalqlarımız eyni mədəni köklərə sahibdir”. 

Səfir qeyd edib ki, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullarla tanış olub: “Naxçıvan Biznes Mərkəzində olarkən gördüklərim və verilən məlumat məndə belə bir qənaət yaratdı ki, Naxçıvan Muxtar Respublikası özünün istehsal etdiyi məhsullarla yerli tələbatı tam ödəyir. Naxçıvan əhalisi firavan və xoşbəxt yaşayır. Ona görə ki, muxtar respublika çox böyük inkişaf yolu keçib. Tarixi şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri həm də müasir görkəmi ilə diqqətimi cəlb etdi. Naxçıvan əhalisinin öz torpaqlarını düşməndən müdafiə etmək əzmi çox yüksək qiymətə layiqdir”.

Ardını oxu...

01055966
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
103
110
1888
4018
1055966

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: