"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Amerikalı araşdırmaçı jurnalist Peter Tase: Müasir Naxçıvanın inkişafının əsasında vətənpərvərlik dayanır

Ötən həftə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmiş Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase Naxçıvan Muxtar Respublikasına da səfər edərək onun görməli yerləri, tarixi abidələri və təhsil müəssisələri ilə yaxından tanış olub. Amerikalı jurnalisti redaksiyamıza dəvət edib, onun təəssüratlarını öyrəndik: 

– Artıq üç gündür ki, Naxçıvandasınız və səfərinizdən hansı təəssüratlarınız vardır?

– Bu, mənim Naxçıvana ikinci səfərimdir. 2014-cü ilin payızında keçirilən humanitar forumun iştirakçısı kimi o zaman yenə də Naxçıvana səfər etmişdim. Bu dəfə də qismət oldu, gözəl ölkənizə dəvət aldım və yenidən Naxçıvana gəldim. Naxçıvana ilk gəlişimdən sonra çox dəyişikliklərin şahidiyəm. Təəssüratlarıma Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlər üçün yaradılmış şəraitdən başlamaq istəyirəm. Limanın xidmət potensialının artırılması məqsədilə görülmüş işlər onu göstərir ki, Naxçıvan hər gün yüzlərlə qonağı qarşılamaq üçün bütün imkanlara malikdir. Bu, inkişaf edən ölkəniz üçün çox vacibdir, çünki indi bütün dünyanın diqqəti Naxçıvandadır.

Ardını oxu...

Naxçıvanda heyrətamiz inkişafın şahidi oldum

Xəbər verdiyimiz kimi, Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken aprelin 27-də Naxçıvan Muxtar Respublikasında birgünlük səfərdə olub. Səfər müddətində Naxçıvanın bir çox gəzməli-görməli yerləri ilə tanış olan qonaq səfər təəssüratları barədə “Şərq qapısı” qəzetinə müsahibə verib.

– Xanım Jill Helken, sizi yenidən Naxçıvanda görmək xoşdur.
– Çox sağ olun, mən də yenidən Naxçıvanda olmaqdan, buradakı tanışlarla görüşməkdən çox məmnunam. Bu, mənim muxtar respublikaya ikinci səfərimdir. İlk dəfə burada 15 il bundan əvvəl olmuşam. O zaman əməkdaşlığımız yeni başlayırdı. Budəfəki səfərdə isə məqsədimiz mövcud əməkdaşlığın davam etdirilməsi ilə bağlı müzakirə aparmaq və Naxçıvanla yenidən tanış olmaq idi. 
– Yəqin ki, tanış ola bildiniz?

Ardını oxu...

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri: Naxçıvan qədim tarixə, müasir infrastruktura və ecazkar təbiət gözəlliyinə sahib olan möhtəşəm bir diyardır

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində qədim diyarın tarixi-memarlıq abidələri, muzeyləri, görməli yerləri ilə tanış olub.

Səfər təəssüratlarını bizimlə bölüşən Türkiyə Respublikası Ali Məhkəməsinin sədri dedi ki, Naxçıvan Muxtar Respublikası qədim tarixə, müasir infrastruktura və ecazkar təbiət gözəlliyinə sahib olan möhtəşəm bir diyardır. Muxtar respublikanın özünəməxsus iqlimi, təmiz havası və suyu, qədim tarixə malik mədəniyyət abidələri, yaşıllığa bürünən Naxçıvan şəhərinin müasir görkəmi insanı heyran edir. Onun sözlərinə görə, Naxçıvanın şöhrətini dünyaya yayan təbii ehtiyatları arasında Duzdağın müalicəvi duz şaxtaları xüsusi yer tutur. Regionda analoqu olmayan bu müəssisə yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin müalicə mərkəzi kimi diqqəti cəlb edir.

Ardını oxu...

Naxçıvana hər səfərimdə muxtar respublikanın sürətli inkişafının şahidi oluram

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvanda səfərdə olub. Səfərin sonuncu günü səfir Biznes Mərkəzində naxçıvanlı sahibkarlarla görüşərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında ticarət və işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb. 

“Əlincəqala” tarixi abidəsinə gələn Daniel Kristian Çiobanuya abidə barədə ətraflı məlumat verilib. Bildirilib ki, abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən bərpa olunur. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilib və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub. Bina iş otaqları və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin, xüsusilə qədim məişət əşyalarının, pul və sikkələrin, kitab, jurnal və qəzet materiallarının nümayiş etdirilməsi üçün vitrinlər qoyulub. Bu da ziyarətçilərin qala sakinlərinin yaşayışı və qəhrəmanlıq tarixi haqqında ətraflı məlumat almasına imkan verəcəkdir.

Ardını oxu...

Yaponiyadan gələn nümayəndə heyəti Naxçıvandan xoş təəssüratlarla ayrılıb

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Okinava prefekturası parlamentinin sədri Kina Masaharu “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Mən birinci dəfədir ki, Naxçıvana gəlirəm və buranın təbiətinə çox heyran oldum. Burada küçələrin təmizliyi, şəhərin arxitekturası məni valeh etdi. Yaponiyanın Okinava prefekturasında Miyakocima adlanan gözəl bir şəhərimiz var,  bu şəhər Naxçıvana çox bənzəyir. Səfərimizin də əsas məqsədi bu şəhərlər arasında qardaşlıq əlaqələrinin qurulmasıdır. Eyni zamanda bildirim ki, biz bura 40 nəfərlik nümayəndə heyəti ilə gəlmişik. Heyətimizin tərkibində şəhər parlamentinin üzvləri və yerli sahibkarlar var. Burada olduğumuz müddətdə gördük ki, Naxçıvanda çox gözəl, müasir tələblərə uyğun istehsal müəssisələri fəaliyyət göstərir. Bu, bizi çox sevindirdi. İnanırıq ki, Naxçıvanla bağlı aldığımız məlumatlar, burada gördüklərimiz əməkdaşlığımızın növbəti mərhələlərində böyük rol oynayacaq”.

Ardını oxu...

01055963
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
100
110
1885
4015
1055963

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: