"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Turistlər üçün məlumat

Coğrafi  mövqeyi, ərazisi və əhalisi

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. İran, Ermənistan və Türkiyə Respublikası ilə həmsərhəddir. Böyük İpək Yolunun üzərində yerləşir. Ümumi ərazisi 5,5 min km2, əhalisi 444.4 min nəfərə yaxındır.

 

Tarixi

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda  dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, məşhur Gəmiqaya qayaüstü rəsmləri və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvanda şəhər mədəniyyətinin 5 min ilə yaxın yaşı vardır.

 

İqlimi

Naxçıvanın iqlimi kəskin kontinentaldır. Subtropik və mülayim qurşaqların qovşağında yerləşdiyinə görə iqlim şəraiti müxtəlifdir. Ərazidə mütləq minimum temperatur  -310C, mütləq maksimum temperatur  +440C-dir. İllik yağıntı 200-300 mm-dir.

 

Geyim

May ayından sentyabrın axırınadək əhali yüngül yay paltarı, qışda - dekabr ayından martın axırınadək isə palto, plaş və gödəkcə geyirlər.

   

Dil

Dövlət dili Azərbaycan dilidir. Bundan başqa əhalinin bir çoxu ictimai yerlərdə türk, rus, ingilis dillərini başa düşür və danışırlar.

 

Foto-şəkil

Adi turist kimi foto və video çəkilişlərinə icazə verilir, lakin tanımadığınız adamların şəklini çəkməzdən əvvəl hörmət əlaməti olaraq icazə almaq tövsiyə olunur.

 

İş saatları

Bir qayda olaraq, şənbə və bazar günləri istirahət günləri hesab olunur (əsasən dövlət müəssisələri üçün). Lakin mağazaların və supermarketlərin çoxu hər gün işləyir. İş günü saat 8.00- 9.00-dan başlayır və axşam saatlarına qədər davam edir, ticarət obyektləri ən tezi saat 21.00 - 23.00-də, restoran və kafelər isə daha gec bağlanır.

 

Valyuta

Milli valyuta manatdır (AZN). Banklar və çoxsaylı mübadilə məntəqələri istənilən valyutanı dəyişdirirlər. Mal və xidmətə görə ödəniş zamanı, bir qayda olaraq dollar və digər valyuta qəbul olunmur, yalnız milli valyuta - Azərbaycan manatı qəbul olunur. Banklar 9.00-dan 17.30-dək (nahar fasiləsi istisna olmaqla) müştərilərə xidmət göstərir.

Kredit kartlarından ödəniş aparmaq üçün böyük mağaza və marketlər, mehmanxana və banklar POS-terminallarla təchiz olunduğundan «nağdsız» ödənişləri də qəbul edirlər.

 

Kommunikasiyalar - Telefon rabitəsi. Mobil operator. İnternet

Telefon rabitəsi problemsiz həyata keçirilir. Mehmanxanalarda birbaşa beynəlxalq kod rabitəsi, həmçinin əlavə əlaqə vasitələri: faks, teleks, internet və s.  vardır. Şəhərdə isə bir neçə yerdə taksafon quraşdırılıb. Jetonları yaxındakı köşklərdən əldə etmək olar. Ölkənin beynəlxalq kodu +994, Naxçıvanın kodu 036-dır. Azərbaycana zəng vurmaq üçün +994+(şəhərin kodu)+(zəng vurulan abunəçinin kodu) yığılır. 3 mobil operator fəaliyyət göstərir: Azercell (050), Bakcell (055) və Azerfon-Nar Mobile (070-077)

İnternet də çox sürətlə inkişaf edir. Belə ki, şəhərdə çoxlu sayda İnternet kafelər fəaliyyət göstərir. Bu kafelərdə əhaliyə, o cümlədən şəhərin qonaqlarına lazım olan və istənilən məlumatı əldə etmək üçün internetdən istifadə imkanı yaradılmışdır.

 

İnformasiya vasitələri

Muxtar respublikanın kütləvi informasiya vasitələri “Şərq qapısı” və “Nuh yurdu” qəzetləri, “NTV” (Naxçıvan Televiziyası) və “KANAL 35” telekanalları, Dövlət radiosu və “Naxçıvanın səsi” radiosu ilə təmsil olunur.

 

Su

Su kəmərindən gələn su içmək üçün təhlükəsizdir. Naxçıvanın təbii müalicəvi və mineral sularından - Sirab, Badamlı, Böyrək suyu, Çınqıllı və başqaları otellərdə, restoranlarda və ictimai yerlərdə əsasən şüşə və plastik qablarda təqdim olunur. Bu suları adi satış mağazalarından və marketlərdən də satın almaq olar.

   

Nəqliyyat

İctimai nəqliyyat çoxsaylı marşrut avtobusları və fərdi taksilər tərəfindən təmin olunur. Günün istənilən vaxtı bu nəqliyyat növlərindən istifadə etmək olar, onlar sizi Naxçıvanda lazım olan nöqtəyə çatdıracaqlar. Əsasən şəhərdaxili taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdə taksometr quraşdırılmışdır ki, müştərinin istəyi ilə gedilən yol üçün ödənişin məbləğini taksometrlə də müəyyən etmək olar.

 

Tibbi xidmət

Təcili tibbi yardım adətən pulsuzdur. Fərdi tibbi klinika və xidməti əczaxanalar da fəaliyyət göstərir. Əksəriyyəti fasiləsiz işləyən əczaxanalarda böyük çeşiddə dərmanlar satılır.

 

Təhlükəsizlik

Asayişin qorunmasına yerli polis orqanları nəzarət edir. Bir çox hallarda mübahisəli məsələləri qanunu pozmadan həll etmək olur. Yanınızda hər zaman pasportun olması tövsiyə olunur ki, bu da polislə münasibətləri xeyli dərəcədə asanlaşdırır.

 

Xidməti  nömrələr

101                       Yanğın

102                       Polis

103                       Təcili yardım

104                       Qaz qəza xidməti

109                       Məlumat bürosu

 

 

Dini bayramlar

Ramazan bayramı

Qurban bayramı

 

Milli bayramlar

Yeni il -  1-2 yanvar

 Beynəlxalq Qadınlar Günü -  8 mart

 Novruz Bayramı -  20-24 mart

 Faşizm üzərində Qələbə Günü -  9 may

 Respublika Günü -  28 may

 Milli Qurtuluş Günü -  15 iyun

 Silahlı Qüvvələr Günü -  26 iyun

Dövlət Müstəqilliyi Günü  - 18 oktyabr

Dövlət Bayrağı Günü  -  9 noyabr

 Konstitusiya Günü -   12 noyabr

 Milli Dirçəliş Günü -   17 noyabr

 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü -  31 dekabr

 

 

Tarixi  günlər

Ümumxalq Hüzn Günü   -              20 yanvar

Xocalı faciəsi                   -            26 fevral

Azərbaycanlıların Soyqırım Günü -   31 mart

00072819
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
64
294
1120
13064
72819

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: