"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Nə vaxt gəlmək olar

Naxçıvan Muxtar Respublikasına ilin hər fəslində gəlmək olar. Çünki Naxçıvanda mövsümlərdən hər birinin özünəməxsus rəngləri və xüsusiyyətləri vardır.

 

Naxçıvan Muxtar Respublikasında yaz - Yeni yaşıllaşmağa başlayan təbiət, bolsulu çaylar, təmiz hava yaz fəslində Naxçıvanı daha cəlbedici edir. Hər il bütün Azərbaycan  mart ayının 21-də bu qədim bayramı qarşılayır. Baharın gəlişini simvolizə edən Novruzun çoxsaylı bayram ənənələri və mərasimləri, keçirilən tədbirlər, qədim dövrlərdən bugünədək yaşadılmış adət-ənənələr qonaqların  asudə vaxtını mənalı keçirmələrinə şərait yaradacaqdır. 

 

 

  

 

 

 

Naxçıvan Muxtar Respublikasında yay – Naxçıvan  bir çox cəhətdən yayda daha cəlbedicidir.  Batabat yaylağı, Pəzməri şəlaləsi, Nürgüt kəndi, Biçənək bu mövsümdə daha əsrarəngiz olur. Naxçıvanda Batabat gölü, Vayxır gölü, Gilançay, Parağaçay sahilləri boyu, meşələrdə və dağlarda  yerləşmiş istirahət  və əyləncə zonaları  günəşi, təbiət qoynunda süfrə açmağı, meşə cığırlarında gəzməyi və at minməyi sevən hər kəsdə unudulmaz təəssürat yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasında müalicəvi göstəricilərə malik termal və mineral su qaynaqları vardır. Bunlardan biri Culfa rayonunda yerləşən Darıdağ arsenli suyudur. Yay mövsümündə bu suda vanna qəbul etmək bir çox xəstəliklərin müalicəsinə kömək edir.

Yay mövsümünün əsas xüsusiyyətlərindən biri də bu vaxtlar burada öz çeşidləri ilə hamını heyran qoyan meyvə-tərəvəz bolluğudur. Gilas, çiyələk, moruq, böyürtkən, armud, alça kimi meyvə çeşidləri, həmçinin qarpız, yemiş kimi bostan məhsulları özünəməxsus dadı ilə seçilir.

 

 Naxçıvan Muxtar Respublikasında payız - Payız Naxçıvanda çox gözəldir. Yaşıl rəngin sarı, qızılı rənglərlə ahəng təşkil etdiyi bu fəsildə  Naxçıvan təbiəti olduqca əsrarəngiz görünür. İlıq havanı, yağışı sevənlər üçün bu fəsildə Naxçıvan daha romantik əhval-ruhiyyə yaradacaqdır. 

 

 

 

 

 

 

 

 Naxçıvan Muxtar Respublikasında qış - Ağ dona bürünmüş Naxçıvan qışda nağıllar aləmini xatırladır. Qış əyləncələrini yaşamaq üçün Naxçıvan qonaqların unudulmaz məkanı olacaq.  Təbiət qoynunda yerləşən istirahət mərkəzlərində  isti soba kənarında samovar çayı içərək  çöldə yağan qara tamaşa etməyin ləzzətini ancaq Naxçıvana bu fəsildə qonaq gələnlər bilər. Məhz qış fəslində gecəboyu vam odda bişən isti xaş, yaxud həm səhər, həm də axşam buğlanan düşpərə, xəşil və digər xəmir xörəkləri  milli mətbəxin ən dadlı yeməkləri sırasındadır.

 

00027764
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
25
222
480
4220
27764

Tarix: 22-02-2017
Biz, sosial şəbəkələrdə: