"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Uzunoba Çimərliyi

Rəngarəng iqlimə, zəngin təbiətə malik muxtar respublikamızın özünəməxsus cəhətlərindən biri də yay fəslinin isti keçməsidir. İsti yay günlərində əhalinin istirahətinin daha səmərəli keçirilməsini təmin etmək üçün muxtar respublikamızda bir sıra işlər görülür. Yeni yaradılan çimərliklər də bu baxımdan əhəmiyyətlidir. Uzunoba Su Anbarı ərazisində yeni yaradılmış Naxçıvan Şəhər Çimərliyində qumlu sahil xəttinin uzunluğu 280 metrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Çimərlik ərazisində insanların istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada günlüklər, paltardəyişmə yerləri, duş kabinələri, futbol və voleybol meydançaları, eləcə də avtomobil dayanacağı yaradılmış, ictimai-iaşə xidməti təşkil olunmuşdur. Çimərliyə xidmət edən inzibati binada iş otağı, kafe, mətbəx, anbar və mağaza yerləşir. Su anbarının üzərində hər biri 20 kvadratmetr olan 3 istirahət köşkü və 15 metr uzunluğunda platforma quraşdırılmışdır. Burada su idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait yaradılmış, su velosipedləri və motosikletləri qoyulmuşdur. Böyüklər və uşaqlar üçün ayrıca yerlər hazırlanmış, suyun üzərində çimərlik sahəsinin qurtardığını bildirən qadağanedici işarələr qoyulmuşdur. Həmçinin, çimərlikdə müşahidə qüllələri və ilkin tibbi yardım məntəqələri, üzgüçülük ləvazimatları gətirilmiş, istirahət guşələri qurulmuş,  xəbərdaredici lövhələr yerləşdirilmişdir. Çimərliklərdə xilasedici qayıqlar da vardır. Yaradılan şərait həm turistlərin, həm də yerli sakinlərin yay istirahətini səmərəli keçirmələri üçün daha əlverişlidir.

01080516
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
177
354
531
7438
1080516

Tarix: 24-12-2024
Biz, sosial şəbəkələrdə: