"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Teatrlar

Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları da daxil olmaqla, ümumilikdə 8 teatr fəaliyyət göstərir.

 

 

CƏLİL  MƏMMƏDQULUZADƏ  ADINA  NAXÇIVAN DÖVLƏT  MUSİQİLİ  DRAM  TEATRI

 

Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı  “Müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah cadigün” əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyulmuşdur. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyulmuşdur. Ardınca M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” komediyaları, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah” və s. əsərləri tamaşaya qoyulmuşdur. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verilib. Teatr həm romantik, həm də realist istiqamətdə tamaşalar hazırlayır. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında”  2008-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında” 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən teatrın 125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.

Teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci il fevralın 3-də istifadəyə verilmişdir.

 

Ünvan: Naxçıvan şəhəri,  Heydər Əliyev prospekti 26

Tel:  (+99436) 545-25-89

 



NAXÇIVAN  DÖVLƏT  UŞAQ  TEATRI 

 

2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmışdır. Teatr 2006-cı ildə ilk tamaşasını göstərmişdir. Uşaq və yeniyetmələr üçün tamaşalar hazırlayır. Aktyor heyətinin əsasən uşaqlardan təşkil olunması ilə digər teatrlardan fərqlənir. 

 

Ünvan: Naxçıvan şəhəri, Heydər-Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi

Tel: (+99436) 545-36-28

 

 

 

    MƏHƏMMƏD TAĞI SİDQİ ADINA NAXÇIVAN DÖVLƏT KUKLA TEATRI


Teatr 1989-cu ildə yaradılmışdır. 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Fəaliyyəti dövründə teatrda uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərlər səhnələşdirilmişdir. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə Respublikası və İran İslam Respublikasının bir çox şəhərlərində qastrol səfərlərində olmuş, Tacikistan Respublikasında təşkil edilmiş Kukla Teatrları Festivalında iştirak etmişdir.

 

 Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3

 Tel: (+99436) 545-34-23

 

 

 

 

00822346
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
23
136
159
3247
822346

Tarix: 19-03-2024
Biz, sosial şəbəkələrdə: