"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Mehmanxana haqqında ümumi məlumat

Turizm sənayesi dedikdə rekreasiya məhsulunun istehsalı və turistlərə lazım olan bütün növ xidmətlərin göstərilməsi nəzərdə tutulur. Ölkəmiz inkişaf etdikcə onun sahib olduğu rekreasiya potensialı da daha qabarıq şəkildə üzə çıxır və hər il daha çox turist ölkəmizə səfər edir.

Turizmin əsas predmetlərindən biri yerləşdirmə xidmətidir. Yerləşdirmə dedikdə, turistlərin gecələməsi üçün nəzərdə tutulan yer başa düşülür. Mehmanxana və ya hotel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Naxçıvan ona görə əlverişli turizm regionudur ki, burada turistləri maraqlandıran təbii, tarixi-mədəni ehtiyatlardan tutmuş təhlükəsizliyədək bütün cazibədarlıq vardır. Bu da, öz növbəsində, muxtar respublika ərazisində müxtəliftəyinatlı və komfort dərəcəli hotellərin əhəmiyyətini artırır. 2017-ci il yanvarın 1-ə olan məlumata görə muxtar respublikada ümumilikdə 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Mehmanxanalarda yerlərin ümumi sayı 1500 təşkil edir. Yəqin ki, təkcə muxtar respublika sakinləri deyil, həm də regiona tez-tez səfər edən qonaqlar öz şəraiti ilə seçilən “Duzdağ”, “Təbriz”, "Saat Meydanı", "Naxçıvan Palace" “Qrand Naxçıvan”, “Avtovağzal” otellərini yaxşı tanıyırlar. Mehmanxanalarda turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. 5 ulduzlu mehmanxanalardan Təbriz və  Duzdağ  turistlərin bütün ehtiyaclarını ödəmək imkanına malikdir. Adıçəkilən mehmanxanalar həm də dünya standartlarına cavab verən, dövlət başçıları səviyyəsində beynəlxalq tədbirlərin keçirilməsinə imkan yaradan konfrans salonlarına malikdir. Mehmanxanalarla yanaşı, şəhərimizdə və muxtar respublikanın digər yaşayış məntəqələrində, habelə magistral yol kənarlarında bir neçə motel müəssisəsi də fəaliyyət göstərir.



“TƏBRİZ”  MEHMANXANASI
 

Mehmanxana Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşir. Mehmanxananın qarşısında – Dədə Qorqud meydanında  XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Şərq hamamı və Dədə Qorqudun heykəli yerləşir. 13 mərtəbəlidir, 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın həyətində avtomobil dayanacağı vardır. 89 nömrəsi vardır. 100 nəfər qonaq qəbul edə bilər. Bunlardan 1-i apartament (apartment), 22-si süit (suite), 20-si kiçik süit (junior suite), 46-sı standart nömrələrdir. Burada turistlərin və digər qonaqların qəbulu üçün hər cür şərait yaradılıb. Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və s. göstərilir.

Mehmanxananın zirzəmi hissəsində uşaq oyun otağı, trenajor zalı, adi hovuz, cakuzi hovuzu, sauna, Məşədi İbad hamamı, buxar hamamı olan örtülü hovuz kompleksi, SPA mərkəzi yerləşir. Fitnes, aerobika və akvaaerobika ilə məşğul olmaq imkanı da var. Burada həmçinin masaj kabinələri və mulyajlar, əl işləri, qədim məişət avadanlıqları və s.  daxil olan mini muzey vardır. Mehmanxananın 13-cü mərtəbəsində 74 nəfərlik banket zalı, 2-ci mərtəbədə 450, 1-ci mərtəbədə isə 300 nəfərlik restoran, 2-ci mərtəbədə 60 nəfərlik kafe-bar fəaliyyət göstərir. İlin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.

 Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 17

 Tel:  (+99436) 544 77 01; (+99436) 544 77 02

                                                                                        

“DUZDAĞ” MEHMANXANASI

Naxçıvan şəhərindən 14 km, Beynəlxalq Hava Limanından isə 19 km məsafədə yerləşir. “Duzdağ” mehmanxanası Naxçıvan Muxtar Respublikasının ən böyük mehmanxanasıdır. 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın 350 nəfər qonaq tutumu var. Mehmanxanada 1 apartament (apartment) , 100 standart nömrə, 35 kiçik süit (junior suite), 8 süit (suite) və 7 kottec olmaqla, cəmi 151 nömrə fəaliyyət göstərir. Bütün otaqlarda peyk yayımlı TV, daxili xətli telefon, sürətli simsiz internet xidməti, mini bar, mərkəzi havalandırma sistemi, seyf, duş mövcuddur. Otaqlardan Duzdağa və Araz çayına panorama açılır. Burada həmçinin 2 restoran, bar, idman kompleksi, açıq tennis kortu, Türk hamamı, fitnes mərkəzi, SPA mərkəzi, açıq və örtülü üzgüçülük hovuzları, sauna fəaliyyət göstərir.

Eyni zamanda qonaqlara 250 yerlik restoranda dünya mətbəxindən nümunələr, Azərbaycan mətbəxi, türk mətbəxi və dəniz məhsulları təamlarından mütəşəkkil menyu ilə yüksək səviyyədə xidmət göstərir.

Ünvan: Naxçıvan şəhəri, Duzdağ Şaxtası yolu

Tel:   (+99436)  544 49 01; (+99436)  544 49 00

                                                                                       

"SAAT MEYDANI" HOTELİ

     
     

Klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı” 2 mərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. 2 girişi olan binada 5 dükan, uşaq əyləncə bölməsi, gənclər üçün intellektual oyun zalı, hotel, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. Hoteldə 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaq vardır. Burada turistlərin rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır. 

 

Ünvan: Naxçıvan şəhəri, Nağı Əliyev küçəsi 1.

Tel:   (+99460)  204 04 08

 “Naxçıvan Palace” hotel

 

     
     

 

“Naxçıvan Palace” hoteli Naxçıvan şəhərinin girişində yerləşir. Hotel 2022-ci ildə sakinlərin və qonaqların ixtiyarına verilmişdir.

7 mərtəbədən ibarət olan binanın 5-ci mərtəbəsində 24 standart, 20 superior, 1 deluxe olmaqla, 45 otaqdan ibarət,  90 yerlik  hotel Araz çayının həmçinin Naxçıvan şəhərinin əsrarəngiz mənzərəsinə sahiblik edir. Yüksək zövqlə dekorasiya edilmiş gözəl nömrələrdə və dəbdəbəli otaqlarda  hoteldən gözləyə biləcəyiniz bütün rahatlıqlar təmin edilir.  Otaqlar  internet xətti ilə təmin edilib.. Bütün nömrələr hər cür şəraitlə təmin olunmuşdur. Hoteldə həmçinin restoran və  gözləmə otağı vardır. Məlumat üçün deyək ki, gələn qonaqların istəyinə görə ekstra xidmətlər  də göstərilir. 

Ünvan:    Naxçıvan şəhəri, İslam Səfərli küçəsi.

Tel:      (+99436) 550 35  38
             (+99436) 550 35  39
             (+99451) 277 22  88

 

 

"QRAND-NAXÇIVAN" HOTEL

Qrand-Naxçıvan Hotel Naxçıvan şəhərində yerləşir. 2011-ci ildə yenidənqurma işlərindən sonra mehmanxana öz yeni imkanları ilə şəhər sakinlərinin və gələn qonaqların ixtiyаrına verilib. Bina zirzəmi ilə birlikdə 6 mərtəbəlidir. 3 ulduz kateqoriyası almışdır. 32 nömrəsi var.  84 yerlikdir. Nömrələrdən 3-ü  süit (suite), digər 29 nömrədən 9-u 2 nəfərlik (double room), 20-i 3 nəfərlik (multible bedded room) nömrələrdir. Otaqlar 24 saat internet xətti ilə təmin edilib. Mehmanxanada müştərilərin istirahəti üçün gözəl şərait yaradılıb. Bütün nömrələr hər cür şəraitlə təmin olunmuşdur. Hoteldə həmçinin restoran, bar və gözləmə otağı vardır. Qabaqcadan sifariş olunanda gələn qonaqlar hava limanından pulsuz qarşılanır.  Məlumat üçün deyək ki, gələn qonaqların istəyinə görə exstra xidmətlər də göstərilir. 

Hoteldə qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və s. göstərilir. Zirzəmi hissəsində 40 nəfərlik kafe-bar, 1-ci mərtəbədə 60 nəfərlik restoran, binanın həyətində isə avtomobil dayanacağı var.

Ünvan: Naxçıvan şəhəri,  N. Əliyev küçəsi

Tel: (+99436)  544-59-30

                                                                  

"AVTOVAĞZAL"  MEHMANXANASI

"Avtovağzal" mehmanxanası Naxçıvan şəhərinin girişində yerləşir. 64 nəfərlik qonaq üçün nəzərdə tutulmuşdur. Mehmanxanada 24 nömrə  fondu vardır. Burada qonaqlara ucuz və komfortlu nömrələr təklif olunur. Mehmanxanada restoran, kafeteri və bar fəaliyyət göstərir. Həmçinin, mehmanxanada yığıncaq və tədbirlərin keçirilməsi üçün şərait yaradılıb, bilet satışı və baqaj saxlama kimi xidmətlər də göstərilir. Mehmanxanadan 100 metr uzaqlıqda kiçik bir ticarət mərkəzi, eləcə də qida və suvenir mağazaları var. Həmçinin mehmanxanada yüksək sürətli naqilsiz internet vardır. 

Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi

Tel:  (+99436) 545 62 90

 

"NƏQŞİCAHAN" MOTELİ

Naxçıvan Beynəlxalq Hava Limanının 800 metrliyində, Şəkərabad kəndində Naxçıvançayın kənarında, gözəl təbiətə malik bir sahədə yerləşir. Motelin 9 nömrəsindən 2-si süit (suite), 7-si iki nəfərlik (double room) nömrələrdir. Nömrələrdə yaradılmış rahat şəraitlə yanaşı, qonaqlar həm də təbiətin qoynunda istirahət edə bilərlər. Motel fəaliyyətinin ilk dövründən müştəriləri razı salmaq prinsipini əsas tutaraq qısa müddət ərzində həm xarici qonaqların, həm də yerli əhalinin sevimli istirahət mərkəzinə çevrilmişdir. Hazırda bütün müştərilərinə Avropa standartlarına tam cavab verən yüksək xidmət növləri təqdim etməkdədir. Motelin biri 120, digəri 180 nəfərlik olmaqla, iki banket zalı vardır. Moteldə kiçik zoopark, çay kənarında ayrıca istirahət və yemək üçün kupelər mövcuddur. Həmçinin, 200 nəfərlik yay zalı fəaliyyət göstərir.  

Ünvan:  Babək rayonu, Şəkərabad kəndi

Tel:  (+99436)  544-14-41

                                                                                             

 

“AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİ”   

     

Ünvan:  Şahbuz rayonu, Ağbulaq kəndi

Tel:  (+99436)   543-27-46

 

 

 

“AZƏRİ”  MEHMANXANASI

 

Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi

Tel:  (+99436)   545-53-83

 

“XƏYAL”  MEHMANXANASI

 

Ünvan:  Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 

Tel:  (+99436)   544-09-00

 

“TOĞRUL”  MEHMANXANASI

 

Ünvan:  Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 5

Tel: (+99436)   550-66-41

 

“GƏNCLİK TİCARƏT VƏ ƏYLƏNCƏ MƏRKƏZİ” 

 

Ünvan:  Naxçıvan şəhəri, Pişəvəri küçəsi

Tel:  (+99436)   544-62-15

 

 

“ARAZ”  MEHMANXANASI

 

Ünvan:  Culfa rayonu, Heydər Əliyev prospekti 30

Tel:  (+99436)   546-18-07

 

ELSEVƏR”  MEHMANXANASI

 

Ünvan:  Babək rayon, Qoşadizə kəndi

Tel:  (+99436)   554-21-57

 

01055959
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
96
110
1881
4011
1055959

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: