HEYDƏR ƏLİYEV MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI
BAZAR GÖLÜ İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI
Hər bir insan istirahət etmək, asudə vaxtını səmərəli keçirmək istəyir. Bunun üçün isə muxtar respublikada parklar, istirahət mərkəzləri fəaliyyət göstərir. Bazar gölü istirahət və əyləncə parkı belə ünvanlardandır. 2500 m2 ərazisi olan kompleks, Bazar çayının mənsəbində yerləşir. Kompleksdə ictimai iaşə xidməti obyekti inşa edilmiş, dondurma, ayran, sərinləşdirici içkilər, kofe və meyvə sularının satışı təşkil olunmuşdur. Göldə gəzinti üçün qayıqlar var. Burada çətirlər qurulmuş, eyni zamanda 200 nəfərə xidmət etmək üçün oturacaqlar və masalar qoyulmuşdur. Naxçıvan şəhərinin sakinlərinə və gələn qonaqlara mədəni xidmət göstərilir, istirahətlərini rahat keçirmələri üçün hər cür şəraitlə təmin olunur.
SAAT QÜLLƏSİ MEYDANI
SAHİL PARKI