"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Turizm İnformasiya Mərkəzi

 

Naxçıvan Turizm İnformasiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 oktyabr tarixli 177 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin tabeliyinə verilmişdir. Mərkəzin 5 (beş) ştat vahidi vardır. 5 iyul 2012-ci il tarixindən əsaslı şəkildə yenidən qurulmuş XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə - Mədrəsə binasında fəaliyyətini davam etdirir.

Naxçıvan Turizm İnformasiya Mərkəzinin bir sıra vəzifələri vardır. Naxçıvan Muxtar Respublikasının turizm resurslarının elektron variantda vahid məlumat toplusunun - turizm məlumat bankı (TMBK) hazırlanmasında iştirak etmək, Naxçıvan Muxtar Respublikası üzrə turizm məlumat bazasını formalaşdırmaq və Departamentə təqdim etmək, turizm məlumat bankının serverini texniki cəhətdən təşkil etmək və məlumat bankının daim səmərəli işləməsini, yenilənməsini, onun cari tələblərə uyğun səviyyədə saxlanılmasını təmin etmək, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlər yaratmaq, mərkəzə müraciət edənlərin ödənişsiz məlumat (otellər, restoranlar, muzeylər, mağazalar, kirayə verilən evlər, tarix-mədəniyyət abidələri, tur-firmalar, bələdçilər və s. haqqında) almaq, internetdən istifadə imkanı və reklam-informasiya materialları ilə təchiz etmək və s.

Turizm İnformasiya Mərkəzi turizm sahəsində üstünlük verilən istiqamətlərə dair təkliflər hazırlayaraq Departamentə təqdim etmək, Departamentin razılığı ilə müvafiq sahələr üzrə sərgilər, yarmarkalar, festivallar təşkil etmək və onlarda iştirak etmək, Departamentin razılığı ilə müvafiq çap və reklam informasiya materialları hazırlamaq, keyfiyyətli turizm məhsullarının beynəlxalq turizm bazarında standartlara uyğun olaraq təqdim olunmasını təşkil etmək, turizm və informasiya sahəsində xidmətlər göstərmək və s. mərkəzin səlahiyyətləri sırasındadır.

Mərkəzin  yerləşdiyi Zaviyə-Mədrəsə binası Naxçıvan şəhərində mövcud olan qədim tarixi-memarlıq abidələrindən biridir. “Zaviyə” sözü ərəbcə guşə, künc, bucaq mənasını verir. Zaviyələrdə ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamışlar. Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Zaviyə-Mədrəsə binası ilk baxışda düzbucaqlı  formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Binanın interyeri böyük ibadət salonundan, ona bitişik vestibüldən, ikinci mərtəbədə iki otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. XX əsrdə binadan müxtəlif vaxtlarda klub, pionerlər evi, dini idarə, qadınlar məclisinin ofisi və s. məqsədlər üçün istifadə olunmuşdur. 2008-ci ildə bina əsaslı təmir və bərpa olunmuşdur.

01060330
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
146
128
1268
533
1060330

Tarix: 04-11-2024
Biz, sosial şəbəkələrdə: