"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şəhər və rayonlar

Naxçıvan şəhəri - Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 191,57 km2, əhalisi 95,6 min nəfərdir (01.01.2022-ci il).

Naxçıvan şəhərində 1 qəsəbə və 5 kənd vardır. Azərbaycanın ən qədim şəhərlərindəndir. Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir.  İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80 C , iyulda 26,90 C, illik yağıntı 236 mm-dir.

İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmiryolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır.

Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 3 orta ixtisas, 21 ümumtəhsil məktəbi, 7 məktəbdənkənar və 12 məktəbəqədər tərbiyə müəssisələri, 8 kitabxana, 4 klub müəssisəsi, 13 muzey, 6 musiqi məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Rəsm Qalereyası, İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi,  Naxçıvan Turizm İnformasiya Mərkəzi, "Naxçıvan mətbəxi" Kulinariya Mərkəzi, Naxçıvanşünaslıq Mərkəzi, 3 mədəniyyət və istirahət parkı, "Gənclik" Mərkəzi, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, 14 xəstəxana, 1 həkim ambulatoriyası, 3 Feldşer mama məntəqəsi, dövlət orqanları və digər xidmət infrastruktur obyektləri vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyət göstərir.

"Şərq qapısı" 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetidir.

Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh yurdu" qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.

Naxçıvan şəhərinin ərazisindən keçən avtomobil yolu birinci dərəcəli yol olmaqla uzunluğu 7 kilometrdir. Dəmir yolunun uzunluğu isə 1,6 kilometr olmaqla ikinci dərəcəli yoldur.

  

Şərur rayonu – 08 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 872,26 km2, əhalisi 111,6 nəfərdir (01.01.2022). Mərkəzi Şərur şəhəridir. Rayonda 64 kənd vardır.

Rayon ərazisi dağlıq və maili düzənliklərdən ibarətdir. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır.

Rayon ərazisindən Araz, Arpaçay çayları axır. Rayonda Arpaçay Su anbarı və Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi yerləşir. Günəş Elektrik stansiyasının isə tikintisi davam etdirilir.

Rayonda 55 ümumtəhsil məktəbi, Şərur Texniki Peşə və Sürücülük məktəbi, Fizika-Riyaziyyat Təmayüllü lisey, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 60 kitabxana, 25 mədəniyyət, 34 klub müəssisəsi, 2 muzey, Yengicə hamamı, Cəlilkənd buzxanası, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, “Bahar” kinoteatrı, Təqaüdçülər klubu, Musiqili fəvvarə, 1 mərkəzi rayon xəstəxanası, 1 uşaq xəstəxanası, 1 kənd sahə xəstəxanası, 27 həkim ambulatoriyası, 31 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar vardır.

Tarixi və memarlıq abidələri

Şərur rayonu arxeloji və tarixi memarlıq abidələri ilə zəngindir. Burada daş dövründən başlamış tarixin bütün mərhələlərinə aid abidələr mövcuddur.  Rayonda 221 tarixi-memarlıq abidəsi mövcuddur ki, onlardan da 16-sı dünya əhəmiyyətli, 98-i ölkə əhəmiyyətli, 107-si isə yerli əhəmiyyətli tarixi abidələrdir.

Şərur ərazisində arxeloji abidələr içərisində Qazma mağarası, Oğlanqala abidəsi, Qarasu qalası, Qız qalası, Parçı İmamzadəsi, Piri-Süleyman türbəsi, Yengicə hamamı xüsusi əhəmiyyət daşıyır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. H.Əliyev prospektində 6 mərtəbəli 40 mənzilli yeni yaşayış binası, Mədəniyyət Sarayı, Şərur Sənaye Məhəlləsi, Bayraq və Saat meydanlarının, Avtovağzal binasının tikintisi davam etdirilir.

 

Babək rayonu - 23 oktyabr 1978-ci ildə rayon kimi təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Ərazisi 828,42 km2, əhalisi 76,7 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Babək şəhəridir. Rayonda 1 şəhər,  2 qəsəbə, 33 kənd vardır.

Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipinə malikdir.

Rayon mineral sularla zəngindir.  Sirab və Vayxır mineral su bulaqları bütün dünyada məşhurdur. Ərazisindən Araz, Naxçıvançay və s. çaylar axır. Rayonda Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları  vardır. Əsasən kənd təsərrüfatı rayonudur.  

Rayonda 36 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 35 kitabxana, 1 mədəniyyət sarayı, 16 mədəniyyət evi, 13 klub müəssisəsi, 1 xalq teatrı, 2 muzey, 5 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 2 qəsəbə sahə xəstəxanası, 13 həkim ambulatoriyası, 18 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.

Rayonda Babək Rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti nəşr olunur. Babək rayonu ərazisindən keçən avtomobil yolları respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollara aiddir. Respublika əhəmiyyətli yollar 50 km, yerli əhəmiyyətli yollar isə174 km-dir. 

Rayon ərazisindən Ordubad-Şərur dəmir yolu keçir.

Babək rayonunun ərazisi daş, duz, tikinti materialları və minerallar ilə zəngindir. Mineral bulaqlardan Sirab, Vayxır, Cəhri, Qahab və başqalarına bu bölgədə rast gəlinir.

Rayonda fauna və flora aləmi də zəngindir. Araz suqovşağının su anbarında müxtəlif növ balıqlar vardır.

Tarixi və memarlıq abidələri

Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzunmüddət  yaşamasına şərait yaratmışdır. I Kültəpəvə II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir. Bununla yanaşı rayonda  Çalxanqala arxeoloji abidəsi, Abbasabad qalası mövcud olmuşdur  və  Nehrəm İmamzadəsi mədəniyyət abidəsi vardır.

Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloj iabidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir.

Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Babək şəhərində, Nehrəm, Cəhri qəsəbələrində, Şıxmahmud, Qahab, Zeynəddin və Sirab kəndlərində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.

Rayonun mərkəzində Babəkin heykəli, "Şəhidlərin abidə kompleksi", “İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaldılmış,   Nehrəm qəsəbəsində " Şəhidlər abidə kompleksi" ucaldılmış,  Zeynəddin kəndində “Şəhidlər” xatirə kompleksi ucaldılmış, Kültəpə kənd tam orta məktəbinin həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulmuş və Nehrəm qəsəbəsində Heydər Parkı salınmışdır.

Son dövrlərdə rayon ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Rayon mərkəzində  ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

 

Ordubad rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Cənubda İranla, şimal və şərqdə isə Ermənistanla həmsərhəddir. Ərazisi 978,99 km2, əhalisi 50,3 min nəfərdir (01.02.2022-ci il).

Mərkəzi Ordubad şəhəridir. Rayonda 3 qəsəbə,  43 kənd vardır. 

Rayon ərazisi Zəngəzur dağ silsiləsi və Arazboyu düzənliklərdən ibarətdir. Ən yüksək zirvəsi Qapıcıq (3904 m) dağıdır. Yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır. Rayon ərazisindən Araz, Ordubad, Vənənd, Gilançay və s. çaylar axır. Əsasən kənd təsərrüfatı rayonudur.

Rayonda 34 ümumtəhsil məktəbi, 1 Texniki peşə və Sürücülük məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 41 kitabxana, 37 klub müəssisəsi, 5 muzey, "Gəmiqaya" Tarix-Bədii Qoruğu,  Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 12 həkim ambulatoriyası, 19 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir. Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan "El həyatı" qəzeti nəşr olunur.

Naxçıvan-Ordubad magistral avtomobil yolunun uzunluğu Culfa rayonundan Ordubad şəhərinədək 25 km-dir.

Tarixi və memarlıq abidələri

Rayonun ərazisində miqyasına görə irili-xırdalı 292 tarixi-memarlıq incəsənət abidələri və arxeoloji abidələr mövcuddur. Onlardan 4-ü dünya əhəmiyyətli, 110-u ölkə əhəmiyyətli, 178-i isə yerli əhəmiyyətlidir.

Onlardan Ordubad şəhərindəki orta əsrlərə aid Sərşəhər məscidiAnbars məscidiQeysəriyyəCümə məscidiMingis məscidi, Təkeşiyi məscidi, 37 kəhriz, XVIII-XIX əsrin tarixi yadigarı olan hamam binası, Nüsnüs piri, Vənənd məscidi, XVI-XVII əsrin yadigarı, qədim "İpək Yolu"nun üzərində olan Aza körpüsü, XVI əsrin arxeoloji qalıqları olan Xaraba Gilan, akademik Y. Məmmədəliyevin, böyük ədib M. S. Ordubadinin, Məhəmməd Tağı Sidqinin ev muzeyləri, Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyi və Gəmiqaya Muzeyi mövcuddur. Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad rayonunun ərazisi Daş dövründən başlayaraq orta əsrlərə qədərki abidələrlə zəngindir.

Gəmiqaya qayaüstü təsvirləri dəniz səviyyəsində 3904 m yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbi yurdu, Camışölən və Qaranquş yaylaqlarındadır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Burada e. ə. II-I minilliklərə aid Sabirkənd, Plovdağ, Xaraba Gilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s. mədəniyyət qalıqları ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur. Bu ərazilər Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay və Gilançay vadisində yaşamış qədim əkinçi-maldar tayfaların yaylaq yerləri olmuşdur. Ordubad rayonu ərazisində Gilan, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs və s. kəndlərdə də Tunc, ilk Dəmir dövrlərinə, antik dövrə, həmçinin erkən orta əsrlərə aid maddi mədəniyyət qalıqları mövcuddur.

Biləv kəndi yaxınlığında, Gilançayın sol sahilində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəkilərin qəbirləri kimi tanınır.

Hazırda Tarix-Diyarşünaslıq Muzeyi yerləşən Qeysəriyyə memarlıq abidəsi ən nadir incilərdəndir. Özünün arxitektura xüsusiyyəti, ornamenti, kompozisiya quruluşu, tərtibatı ilə seçilən Qeysəriyyə həmişə diqqəti cəlb edən bir obyekt kimi nəzərə çarpıb.

Şəhərdəki XVIII-XIX əsrin yadigarı Ordubad hamamı da qiymətli memarlıq incəsənət abidələrindəndir.

Şəhərdəki Əfqan qalası görünüşünə, tikinti üslubuna görə diqqəti cəlb edir.

Nüsnüs kəndində böyük ziyarətgaha çevrilmiş XIV əsrin yadigarı olan Nüsnüs piri (Qırxkimsənə piri) son illərdə xeyli abadlaşdırılmışdır. Pirə gedən yollar tam qaydaya salınıb. Respublikamızın bir çox rayonlarından, hətta bəzi xarici dövlətlərdən bu ziyarətgaha gələnlər xoş təəssürat alırlar.

Dəstə, Vənənd, Əylis, Nüsnüs və başqa kəndlərdə olan abidə məscidlər də təkcə dini ziyarətgah baxımından deyil, tikinti arxitektura xüsusiyyətlərinə görə də seçilir. Ordubad şəhərində və Əylis kəndində bir sıra bulaq abidələr vardır ki, onlar da dövlət tərəfindən mühafizə olunan obyektlərdəndir.

Şəhərdəki Qırxayaq, Nəhər, Əylis kəndindəki Xan çeşməsiMeydan çeşməsi və Bazar çeşməsi bu abidələr sırasına daxildir.

Şəhərdəki Mingis qarşısında aşkar edilmiş 50 metr dərinliyi olan çeşmə də abidələr sırasına daxil edilmişdir.

Ordubad şəhərində 600-dən yuxarı yaşı olan böyük çinar ağacları bura gələnləri valeh edir. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. 

 

Culfa rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənubda isə İranla həmsərhəddir. Ərazisi 926,3 km2, əhalisi 47,4 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Culfa şəhəridir. Rayonda 22 kənd vardır.

Rayon ərazisi Zəngəzur dağ silsiləsi, Arazboyu və Culfa düzənliklərindən ibarətdir. Ən yüksək zirvəsi Dəmirlidağdır (3364 m). Darıdağ mineral suyu çıxır. Yayı quraq isti, qışı soyuq keçən iqlim tipi vardır. Rayon ərazisindən Araz, Əlincə və s. çaylar axır. Rayonda Bənəniyar su anbarı yerləşir.

Rayonda 25 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 1 Mədəniyyət sarayı, 23 kitabxana, 9 klub müəssisəsi, 2 muzey, 2 uşaq musiqi məktəbi, 1 Rayon Mərkəzi Xəstəxanası, 13 həkim ambulatoriyası, 9 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar fəaliyyət göstərir.

Culfa Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan «Arazın səsi» qəzeti 1935-ci ildən nəşr olunur.

Culfa rayonunun ərazisindən keçən dəmir yolunun uzunluğu 31 kilometrdir. Avtomobil yolunun uzunluğu isə 173 kilometrdir.

Culfa rayonunda Gülüstan türbəsi, Daş körpü, Ərəfsə piri, Xanəgah Abidələr Kompleksi, Kırna cümə məscidi, Əshabi-Kəhf Ziyarətgahı, Qazançı qalası, Qazançı körpüsü, Ərməmməd piri, Əlincəqala kimi tarixi-memarlıq abidələri və “Gülüstan” tarix-mədəniyyət qoruğu vardır.

Son illərdə rayonun ərazisində olan tarix-memarlıq abidələrinin təmiri və bərpası istiqamətində əsaslı işlər görülmüşdür. 

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

  

Kəngərli  rayonu - 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur. Cənub və cənub-qərbdə İran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 704,89 km2, əhalisi 33,1 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 10 kənd vardır.

Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Burada kontinental iqlim tipi hakimdir.

Rayonda 12 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 1 Mədəniyyət Sarayı, 5 mədəniyyət evi, 5 klub müəssisəsi, 2 muzey, 2 uşaq musiqi məktəbi, 1 məktəbəqədər tərbiyə müəssisəsi,  Mərkəzi Rayon Xəstəxanası, 5 həkim ambulatoriyası, 5 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.

Kəngərli rayon İcra hakimiyyətinin orqanı olan "Yeni həyat" qəzeti nəşr olunur.

Rayonun ərazisində olan avtomobil yollarının ümumi uzunluğu 148,5 km-dir. O cümlədən, respublika əhəmiyyətli yolların uzunluğu 71 km, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 77,5 km-dir.

Rayon ərazisində Qarabağlar türbəsiQıvraq məscidi, Qıvraq hamamıŞahtaxtı kəndindəki Şərq hamamıÇalxanqala abidə divarlarıÇalxanqala türbəsi, Şahtaxtı Govur qalası kimi tarixi-memarlıq abidələri vardır.

 Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

  

Şahbuz rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur.  4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək rayonu) rayonuna verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil olunmuşdur. Şimal və şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 836,58 km2, əhalisi 25,3 min nəfərdir (01.01.2022-ci il). Mərkəzi Şahbuz şəhəridir.

Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd vardır.

Rayon mərkəzi olan Şahbuz şəhərində  ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmış, adına Mədəniyyət və İstirahət Parkı salınmış, 2015-ci ildə Bayraq Meydanı istifadəyə verilmişdir.

Rayon ərazisinin böyük hissəsi Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənub, Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşir. Ən yüksək zirvələri Dərələyəz silsiləsində Küküdağ (3150 m), Zəngəzur silsiləsində isə Şapuq (3204 m) dağlarıdır. Yayı quraq keçən soyuq iqlim tipinə malikdir.

Rayon ərazisində Naxçıvançay və onun qolları Kükü, Şahbuz, Salvartı çayları axır, Heydər Əliyev Su Anbarı, Qanlıgöl və Batabat gölləri vardır. Əsasən kənd təsərrüfatı rayonudur. Arıçılıq və heyvandarlıq inkişaf etmişdir.

Rayonda 23 ümumtəhsil tam orta məktəbi, 5 məktəbdənkənar müəssisə, 1 uşaq baxçası, 26 kitabxana, 1 mədəniyyət sarayı, 15 mədəniyyət evi, 10 klub, Şahbuz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, Nursu kəndində Xalq şairi Məmməd Arazın Ev Muzeyi, 2 uşaq musiqi məktəbi, "Araz" kinoteatrı, 1 Rayon Mərkəzi xəstəxanası, 13 həkim ambulatoriyası, 9 feldşer mama məntəqəsi vardır. Rayonda Aviakassa, Avtovağzal və başqa təşkilatlar əhaliyə xidmət göstərir.

 Rayon ərazisində 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğu vardır. Qoruğun ərazisində 2809 ədəd bitki (75 növ nadir bitki), 280 müxtəlif heyvan növləri (6 növ nadir heyvan) qorunur və mühafizə olunur.

Rayonun ərazisindən keçən avtomobil yollarının uzunluğu 219 kilometrdir. Dövlət əhəmiyyətli yolların uzunluğu 45 kilometr, yerli əhəmiyyətli yolların uzunluğu 174 kilometrdir.

Rayon ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Kükü çayı vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur. Tədqiqatçılar tərəfindən Sarıdərə, Ağbulaq, Kolanı, Kükü, Külüs, Şamlar qədim yaşayış yerləri öyrənilmişdir. Aşkar olunmuş mədəniyyət nümunələri, qəbirlər, sikkə nümunələri eramızın əvvəllərində ərazidə böyük mədəniyyətin olduğunu sübut edir.

Rayon ərazisində Fərhad evi, Şapur qalasıGəlin qayası kimi tarix-memarlıq abidələri vardır.

Rayonun Ağbulaq kəndində 2013-cü ilin iyun ayından İstirahət Mərkəzi istifadəyə verilib. 2018-ci il  noyabr ayından  Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi yaradılmış, 2021-ci ilin fevral ayında Xizək Mərkəzi istifadəyə verilmişdir.

Batabat ərazisində 2050 m yüksəklikdə “Batabat” Rəsədxanası fəaliyyət göstərir. Dünya rəsədxanaları arasında şəffaf səması, günəşli günlərin sayının çoxluğu ilə tanınır.

Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Rayon İcra Hakimiyyətinin orqanı olan "Oğuz səsi" qəzeti nəşr olunur.

  

Sədərək rayonu - 28 avqust 1990-cı ildə rayon kimi təşkil olunmuşdur. Cənub-qərbdən Türkiyə ilə, şimal-qərbdən Ermənistanla həmsərhəddir. Ərazisi   163,74 km2, əhalisi 22,7 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 4 kənd vardır.

Rayon ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Dəhnə və Vəlidağ yüksəklikləri vardır.

Rayon ərazisindən Araz, Qaraçay və Çapan çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur.

Rayonda 4 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 4 kitabxana, 4 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 1 həkim ambulatoriyası, 1 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.

Sədərək rayon İcra hakimiyyətinin orqanı olan «Oğuz yurdu» qəzeti 2000-ci ildən nəşr olunur. 

Sədərək rayonundan Vəli dağ dəmir yolu stansiyasına qədər olan dəmir yolunun uzunluğu 12 kilometrdir.

Eneolit və ilk tunc dövrünə aid edilən Qədim yaşayış yeri Sədərəyin cənubunda yerləşir.

Ağoğlan türbəsi Sədərək kəndinin şimalında  ziyarətgahdır. Bununla yanaşı rayon ərazisində orta əsrlərə aid edilən Sədərək yaşayış yeri, son tunc ilk dəmir dövrünə aid edilən Sədərək qalası, e.ə I minilliyə aid Fərhad arxı, e.ə IV-III minilliklərə aid Kültəpə yaşayış yeri, IV-VIII əsrlərə aid edilən Qırmızıtəpə yaşayış yeri, Sədərək məscidi, Çapacaq kurqanı kimi tarix-memarlıq abidələri vardır.

Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

01080498
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
159
354
513
7420
1080498

Tarix: 24-12-2024
Biz, sosial şəbəkələrdə: