Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan 1924-cü ildə muxtariyyət statusu qazanıb. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına və 1998-ci il dekabrın 29-da qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Muxtar dövlətin 45 nəfərdən ibarət parlamenti və hökuməti vardır. Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsidir.
Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadratkilometr, əhalisi 454 min nəfərdir. Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub. 5 şəhəri, 8 qəsəbəsi, 206 kəndi vardır.
Naxçıvan Turizm İnformasiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 oktyabr tarixli 177 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin tabeliyinə verilmişdir. Mərkəzin 5 (beş) ştat vahidi vardır. 2012-ci ilin iyul ayının 5-dən isə Mərkəz yeni binada - XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə mədrəsə binasında fəaliyyətini davam etdirir.
05-12-2019 Hits:124
5 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün “Ekskursiya işinin təşkili” mövzusunda seminar...
Ardını oxu...03-12-2019 Hits:189
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” adlı tədbir keçirilib. Artıq ikinci ildir, keçirilən sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş...
Ardını oxu...29-11-2019 Hits:164
29 noyabr 2019-cu il tarixdə Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” tədbiri öz işinə başlayıb. Sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik...
Ardını oxu...26-11-2019 Hits:216
26 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun...
Ardını oxu...21-11-2019 Hits:158
21 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm...
Ardını oxu...19-11-2019 Hits:163
19 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turizm sahəsində vergi qanunvericiliyi” mövzusunda...
Ardını oxu...13-11-2019 Hits:221
13 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat...
Ardını oxu...05-11-2019 Hits:261
05 noyabr 2019-cu il tarixdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetində “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji...
Ardını oxu...04-11-2019 Hits:241
Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr...
Ardını oxu...26-10-2019 Hits:235
Noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək . Festivalın açılışı noyabrın 2-də saat 11:00-da olacaq. Festivala muxtar respublikanın bütün rayonlarından olan ailə təsərrüfatçıları tərəfindən müxtəlif...
Ardını oxu...